Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Qardaşından 8 ay sonra qəzada öldü - Digər vəfat edən müəllimdir

    3 days ago

    3

    0

    Dünən axşam saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi faktlar üzə çıxıb.   "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə nticəsində vəfat edən şəxslərdən 1978-ci il təvəllüdlü Vəsfiyyə Yasin qızı Məlikova Korgöz qəsəbə məktəbinin riyaziyyat müəllimi imiş.   Belə ki, V. Məlikova həyat yoldaşı Ramin Məlikovun idarə etdiyi "Lada Priora” markalı avtomobildə olarkən onların maşını Lökbatan-Puta yolunda üzbəüz hərəkətdə olan və Sultan Sultanlının sürdüyü "Hyundai” markalı avtomobillə toqquşub. Həmin avtomobilin isə manatlıq taksi kimi fəaliyyət göstərdiyi məlum olub.   Nəticədə "Hyundai”də olan sərnişinlərdən Hacıalı Adil oğlu Rüstəmov da hadisə yerində ölüb. Onun qardaşı 31 yaşlı Ramil isə ötən ilin avqustunda vəfat edibmiş.   Qeyd edək ki, hadisə nəticəsində hər iki sürücü və digər sərnişinlər – Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.   Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.   Vəsfiyyə Məlikova   Hacıalı Rüstəmov  
    Click here to Read more
    Prev Article
    Roma Papasının dəfn mərasimində Azərbaycanı kim təmsil edəcək?
    Next Article
    Sabah bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment