Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Qarabağ və Şərqi Zəngəzurda mikro və fərdi sahibkarlıq üstünlük təşkil edir

    1 week ago

    4

    0

    2025-ci ilin 1 aprel tarixinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın əsas ağırlığını mikro və fərdi biznes subyektləri təşkil edib. Finss.az Dövlət Statistika Komitəsinin məlumatlara əsasən xəbər verir ki, sözügedən iki iqtisadi rayonda ümumilikdə 5 282 hüquqi sahibkarlıq subyekti və 95 875 fərdi sahibkar qeydiyyatdan keçib. Qarabağ iqtisadi rayonu Qarabağ iqtisadi rayonu sahibkarlıq subyektlərinin sayına görə liderlik edir. Burada: 4 042 mikro, 199 kiçik, 85 orta, 12 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Bundan əlavə, 89 450 fərdi sahibkar bu iqtisadi rayonda biznes fəaliyyəti ilə məşğuldur. Şərqi Zəngəzur iqtisadi rayonu Bu iqtisadi rayonda sahibkarlıq strukturunda daha aşağı saylar müşahidə olunur: 870 mikro, 50 kiçik, 20 orta, 4 iri sahibkarlıq subyekti, eləcə də 6 425 fərdi sahibkar qeydiyyata alınıb. Rəqəmlər göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətinin əsasını mikro müəssisələr və fərdi sahibkarlar təşkil edir. Bu, postmünaqişə dövründə regionun iqtisadi dirçəlişinin ilkin mərhələsində olduğunu və əsasən lokal, özəl təşəbbüslərlə inkişaf etdiyini göstərir.
    Click here to Read more
    Prev Article
    Azərbaycanda mənzil bazarında qiymətlər 14,4% artıb
    Next Article
    Birbank-dan möhtəşəm yaz kampaniyası: Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment