Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Qalmaqallı blogerlə əməkdaşlığın biznesin imicinə təsiri

    1 week ago

    4

    0

    Rəqsanə Məmmədova   Biznes Marketinq Rəqəmsal marketinqdə influencerlərlə əməkdaşlıq getdikcə geniş yayılır. Seçim zamanı isə izləyicisi çox olana üstünlük verilməsi halları da az deyil. Burada əsas sual ortaya çıxır: izləyici sayı hər şeydirmi? Xüsusilə də həmin blogerin imici mübahisəli və ya zəifdirsə, bu, markanın reputasiyasına necə təsir edir? İzləyici sayı brendinizə təsir etməyə bilər Əslində, izləyici sayı yüksək olan, lakin imici müsbət olmayan bir blogerlə əməkdaşlıq qısa müddətdə satışa təsir edə bilər, lakin uzunmüddətli brend dəyərlərinə zərər vurmaq riski daşıyır. Məsələn, Türkiyədə bir neçə il öncə kosmetika markası "Farmasi" bir sıra qalmaqallı paylaşım və davranışları ilə tanınan blogerlərlə əməkdaşlıq etdikdən sonra sosial şəbəkələrdə istifadəçilər tərəfindən tənqid olunmuşdu. Nəticədə markanın bəzi müştəriləri onu dəstəkləmədiklərini açıq şəkildə bildirmiş, bu da brendin imicinə mənfi təsir etmişdi. Bu, onu deməyə əsas verir ki, bəzi hallarda qalmaqallı blogerlərlə əməkdaşlıq markanı auditoriyasından uzaqlaşdırır. Brendi təqdim edən kimdir? Bunun əksi olaraq, izləyici sayı az olan, amma auditoriyası ilə emosional bağlantı yaradan və etibar qazanan mikro-blogerlərlə əməkdaşlıq çox zaman daha uğurlu nəticələr verir. Məsələn, lüks və elit seqmentə xitab edən bir brendin davranışlarında qeyri-peşəkar olan bir influencerlə əməkdaşlıq etməsi brendin mövqeyini zəiflədə bilər. Müştəri təkcə məhsula deyil, onun təqdimatına və təqdim edən şəxslərə də diqqət edir. Seçdiyiniz sima brendə uyğun olmalıdır Son olaraq qeyd edim ki, məncə, influencer seçimi sadəcə statistikaya əsaslanmamalıdır. Əməkdaşlıq ediləcək blogerin dəyərləri, davranışı və auditoriya ilə münasibəti diqqətlə araşdırılmalıdır. Brendə uyğun olmayan bir sima ilə əməkdaşlıq qısamüddətli baxış sayı gətirə bilər, lakin uzunmüddətli imicə zərər vura bilər. Uğurlu brend strategiyası üçün əsas hədəf – izləyici sayından daha çox, etibar və uyğunluq olmalıdır.
    Click here to Read more
    Prev Article
    Türk çayı dünyayı fethetti
    Next Article
    Fərhad Əhmədovun xidməti və şirkətinə məxsus milyonluq avtomobillərə həbs qoyuldu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment