Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

    1 day ago

    2

    0

    2025-ci ilin ilk rübündə “Qala Sığorta” şirkəti geriləməkdə davam edib.   Valyuta.az xəbər verir ki, həyat sığorta şirkəti bu ilin yanvar-mart aylarında 25,18 milyon manat sığorta yığımı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9,4% və ya 2,6 mln. manat azdır. 2024-cü ilin eyni dövründə “Qala Sığorta”nın yığımları 27,78 mln. manat təşkil edib. Qeyd edək ki, ilk rübdə sığorta bazarı üzrə ən böyük biznes itkisi “Qala Sığorta”da müşahidə olunub.  Sığorta şirkətinin ödənişlərində isə 2,2 mln. manata yaxın artım olub. Belə ki, bu ilin birinci rübündə “Qala Sığorta”nın ödənişləri 72,2% artaraq 5,17 mln. manata yüksəlib. 2024-cü ilin eyni dövründə isə şirkət ödənişlərə 3 mln. manat yönəltmişdi.  Yığımların azalması fonunda ödənişlərin kəskin artımı sığorta şirkətinin zərərliliyini 2 dəfə artırıb.  “Qala Sığorta” 2024-cü ilin ilk 3 ayında hər 100 manatdan 10,8 manatını ödənişə yönəltdiyi halda, bu ilin eyni dövründə bu rəqəm 20,5 manata yüksəlib. Bununla belə, şirkətin zərərlilik göstəricisi aşağıdır.  Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manat, qanuni təmsilçisi isə İdarə Heyətinin sədri Fuad Kamran oğlu Allahverdiyevdir. Şirkətin səhmdarları isə açıqlanmır.
    Click here to Read more
    Prev Article
    Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR
    Next Article
    Samsunspor antrenmanında Emre Kılınç krizi: Sahayı terk etti!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment