Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Qala Həyat" Sığortanın mənfəəti artarkən, xərcləri azaldı

    10 hours ago

    1

    0

    2025-ci ilin yanvar-mart aylarında "Qala Həyat" Sığorta ASC 6 milyon 536 min manat sığorta haqqı toplayıb. Şirkətin sığorta ödənişləri isə 192 min manat təşkil edib. Valyuta.az rəsmi statistik mənbələrə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 346 min manat və ya 26% artım deməkdir. Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında "Qala Həyat" Sığorta ASC 5 milyon 190 min manat sığorta haqqı toplayıb. Sığorta ödənişlərinə gəldikdə isə, bu ilin ilk üç ayında "Qala Həyat" Sığorta ASC tərəfindən 192 min manat ödəniş həyata keçirilib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 11 min manat olub. Beləliklə, şirkətin sığorta ödənişləri 819 min manat azalıb. Nəticə olaraq, "Qala Həyat" Sığorta ASC üçün müsbət dinamika müşahidə olunur: sığorta haqları artdığı halda, ödənişlərin həcmi xeyli azalıb. Statistikaya əsasən, 2025-ci ilin ilk üç ayında "Qala Həyat" Sığorta ASC topladığı hər 100 manatdan 2 manat 93 qəpiyini ödənişlərə yönəldib. Müqayisə üçün deyək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 19 manat 48 qəpik təşkil edib. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Avtomobil nömrəsini itirən sürücüləri nə gözləyir? - AÇIQLAMA
    Next Article
    Mərkəzi Bank "Bakı Kart"a qarşı tədbir gördü

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment