Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Putin miqrantlarla bağlı sərəncam verdi - Azərbaycanlıların durumu necədir?

    5 hours ago

    1

    0

    Prezidenti Vladimir Putin Rusiyada miqrantlara hüquqi statuslarının nizama salınması üçün verilən müddəti 133 gün uzadan sərəncam imzalayıb. Sərəncama əsasən, əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya ərazisində hüquqi statusunun tənzimlənməsi müddəti 2025-ci il sentyabrın 10-dək uzadılıb. Azərbaycanlı miqrantlarla bağlı vəziyyət, neçə həmvətənimizin hüquqi statuslarını nizama salmaq üçün müraciət etdiyi maraq doğurur. Valyuta.az xəbər verir ki, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, sənədləri qaydasında olmayan azərbaycanlı miqrantların sayı digər ölkələrdən olan miqrantlardan dəfələrlə aşağıdır: “Əlbəttə ki, təşkilatımıza həmvətənlərimiz tərəfindən müəyyən müraciətlər olunur. Biz Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin tərkibində hüquq mərkəzi yaratmışıq. Bu hüquq mərkəzində çalışan hüquqşünaslar və vəkillər azərbaycanlılardır və həmvətənlərimizə yardım göstərirlər. Müraciətələrin sayı çox azdır. Bizim Özbəkistan və Qırğızıstan diasporları ilə əlaqələrimiz var. Onlarda müraciətlərin sayı bizimki ilə müqayisədə dəfələrlə çoxdur. Hətta qırğız diasporu "qaynar xətt" təşkil edib öz həmyerlilərinə köməklik göstərir. Bu istiqamətdə azərbaycanlıların demək olar ki, problemləri yox həddindədir. Yenə də az-az müraciətlər var və biz həmyerlilərimizə kömək edirik. Əlbəttə, müddətin uzadılması ilə bağlı qərarın verilməsi müsbət haldır. Düşünürəm ki, Rusiyada yaşayan qeyri-qanuni miqrantların sayının tamamilə azalmasına şərait yaradacaq”.  Bəxtiyar Həsənov sənədlərinin düz olmamasına görə qadınların sayının çoxluq təşkil etdiyini deyib:  “Daha çox qadınlar bizə müraciət edirlər. İş miqrantları arasında sənədləri düz olmayanlar azərbaycanlılar yox həddindədir. Amma kimsə öz anasını və ya həyat yoldaşını gətirib, lakin onu qeydiyyata salmayıb. Bu hallara da olduqca az rast gəlinir. Qanunvericiliyin bir balaca sərtləşdirilməsinə görə öz həmyerlilərimizə öz tövsiyələrimizi vermişik və veririk də. Lazımi yardımlar edilir, təlimatlar verilir”.
    Click here to Read more
    Prev Article
    Milyonlarla vergi borcu olan şirkətlər bağlandı
    Next Article
    Prezident bu səfirlikdə yeni vəzifə təsis etdi - SƏRƏNCAM

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment