Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Psixoloq: "Tez varlanmaq istəyi dələduzların ən çox hədəf aldığı zəiflikdir"

    1 week ago

    2

    0

    "İnsan beyni təbii olaraq ağrıdan qaçmağa və ləzzətə yaxınlaşmağa meyillidir".  Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, maddi rifah və pul isə bu “ləzzətin” simvoluna çevrilib: "İnsanlar düşünür ki, pul onların bütün problemlərini həll edəcək və xoşbəxtlik gətirəcək. Bu səbəbdən də beyin daha tez və asan yollar axtarır. Bu da tez varlanmaq arzusu kimi təzahür edir.  Eyni zamanda, sosial şəbəkə və müasir həyat tərzi insanlara hər an başqalarının "uğur hekayələrini" göstərir. Başqalarının sürətli zənginləşməsini görən fərd öz həyatını onlarla müqayisə etməyə başlayır və bu da onu tez nəticə əldə etməyə sövq edir. Bu zaman məntiq və risk qiymətləndirməsi arxa planda qalır, emosiyalar isə önə keçir".  Ekspert qeyd edib ki, müasir dövrdə insanlar ani nəticələrə vərdiş ediblər: "Bir kliklə film izləyirlər, bir toxunuşla alış-veriş edirlər. Bu "ani mükafat" dövründə səbr, zəhmət və uzunmüddətli planlama kimi anlayışlar kölgədə qalır. Beyin tez gələn dopamini mükafat kimi qəbul edir, bu da "ani zənginlik" ideyasını cazibədar edir.  Öz dəyərini maddiyatla ölçən insanlar var. Bəzi insanlar üçün pul sadəcə vasitə deyil, həm də özünü təsdiqin göstəricisidir. "Əgər zənginəmsə, deməli dəyərliyəm" düşüncəsi onları qısa yolla bu statusa çatmağa vadar edir".  Psixoloq diqqətə çatdırıb ki, bu da dələduzların ən çox hədəf aldığı zəiflikdir: "Tez varlanmaq arzusu insana təbii və cazibədar görünsə də, onun kökündə dərin psixoloji ehtiyaclar və sosial təzyiqlər dayanır. İnsan bu arzunu idarə etməyi öyrənməli və səbr, bilik və planlama kimi uzunmüddətli dəyərlərə önəm verməlidir. Əks halda, bu arzu onu təhlükəli yollara, o cümlədən dələduzluqlara aparıb çıxara bilər". Pərviz
    Click here to Read more
    Prev Article
    Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ
    Next Article
    Kartlardan daha 32 min manat oğurlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment