Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Psixi sağlamlığı yaxşılaşdırmaq üçün dörd adi fəaliyyət

    1 week ago

    3

    0

    Gəzinti, bağçılıq, balıq tutmaq və açıq havada idman etmək narahatlıq və depressiyanı aradan qaldırmaqda dərman kimi təsirli ola bilər. York Universitetinin alimləri belə nəticəyə gəliblər.  HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Health & Social Care in the Community" (HSCC) jurnalında dərc olunub. Tədqiqatda 18 yaşdan 64 yaşa qədər 223 insan iştirak edib. Hamısına narahatlıq, depressiya və ya travma sonrası stress pozğunluğu diaqnozu qoyulub. Əksər könüllülər sosial və ya iqtisadi çətinliklərlə üzləşdiklərini də bildiriblər. Eksperimentin bir hissəsi olaraq, onlardan standart müalicəni açıq havada keçirdikləri vaxtla tamamlamaları istənib - subyektlər gəzintidən tutmuş balıq ovu və bağçaya qədər istənilən fəaliyyət növünü seçə bilərdi. Nəticədə, cəmi üç aydan sonra iştirakçıların narahatlıq səviyyələri orta hesabla 55% azalıb. Həmçinin depressiya əlamətlərində 51% azalma, həyatdan məmnunluqda isə 65% artım var. Ən əhəmiyyətli irəliləyişlər beş-səkkiz həftə ərzində təbiətdə aktiv vaxt keçirənlərdə müşahidə olunub. Tədqiqatçılar vurğulayırlar ki, təbiətdə vaxt dərman qəbul etməyi əvəz etmir, lakin xüsusilə erkən mərhələlərdə dərman müalicəsinin güclü və təhlükəsiz tamamlayıcısı ola bilər. Antidepresanların həmişə tez təsir göstərmədiyini nəzərə alaraq bu üsuldan istifadə etmək xüsusilə vacibdir. Samir
    Click here to Read more
    Prev Article
    Peskov: Putin İran dosyesini Oman sultanı ilə müzakirə edə bilər
    Next Article
    6 yaşlı uşaq hicab bağlamalıdır?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment