Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub - YENİLƏNİB

    1 day ago

    2

    0

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər. HİT.az xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşıladı. Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazdılar. Sonra dövlətimizin başçısı və birinci xanım Vladimir Fekete ilə söhbət etdilər. Roma Papası Fransisklə görüşlərini və onun Bakıya səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı qeyd etdi ki, Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi. Prezident İlham Əliyev Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını dedi. Birinci xanım Mehriban Əliyeva da öz növbəsində Papa Fransisklə görüşlərini məmnunluqla xatırladı. Vladimir Fekete dövlətimizin başçısına və birinci xanıma başsağlığına görə minnətdarlığını bildirdi. O, Roma Papasının katolik kilsənin lideri kimi bir nümunə olduğunu dedi.
    Click here to Read more
    Prev Article
    Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır
    Next Article
    Xarici media: Hindistan və Pakistan arasında münaqişə necə inkişaf edir?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment