Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Prezident İlham Əliyevin Çinə səfəri tək iqtisadi baxımdan deyil, həm də regionun siyasi gələcəyi baxımdan çox mühim hadisədir

    5 days ago

    3

    0

    Rəsmi statistikaya görə 2023-cü ilin ilk on ayında Çindən Azərbaycana idxal 2,5 milyard dollar təşkil edib. Bu rəqəm ümumi ticarət dövriyyəsinin böyük hissəsini əhatə edir. Lakin eyni dövrdə Azərbaycandan Çinə ixrac isə 73,7 milyon dollar olub. Azərbaycandan Çinə əsasən neft koksu, ilkin polietilen, yod, avadanlıq və komponentlər (hava və qaz kompressorları daxil olmaqla), reaktiv yanacaq, üzvi kimyəvi maddələr, pambıq lifi, dərman bitkiləri, ətir məhsulları, şokolad, siqaret, nar şirəsi, bal və şərab sənayesi məhsulları ixrac edilib. Bu illər ərzində Azərbaycan, Çindəki müxtəlif şəhərlərdə ticarət evləri açıb. Ən mühim məqam Azərbaycan, Çinlə ticarət əlaqələrini gücləndirərək, "Bir Kəmər, Bir Yol" təşəbbüsündə mühüm tərəfdaş kimi çıxış edir. Ölkəmizin strateji coğrafi mövqeyi Çin məhsullarının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayır. Lakin nəqliyyat infrastrukturunun qurulması istiqamətində aparılan işlər hələ ki, yekunlaşmayıb. Gəlin bu məqama diqqət edək: 2024-cü ildə Azərbaycanın dəmiryolu ilə yükdaşımaları 18 500 000 ton təşkil edərək 2023-cü illə müqayisədə 1,4 % artıb. Lakin bu artım Çin kimi nəhəng iqtisadiyyatı olan ölkə ilə iqtisadi əlaqələri genişləndirib Avropaya körpü rolunu oynamaq üçün kiçik imkanlar deməkdir. Daha vacib məqam Zəngəzur dəhlizinin açılmasıdır. Əgər Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa və bu dəhliz açılsa, o zaman nəinki Azərbaycan region ölkələrinin də iqtisadi həyatında bir iqtisadi sıçrayış baş verəcək. Xüsusilə Çin “Bir kəmər, bir yol” (BRI) layihəsi çərçivəsində Qərb–Şərq xəttinin diversifikasiyası və təhlükəsizliyini önə çəkir. Zəngəzur dəhlizi bu təşəbbüsə mühüm töhfə olaraq, Çin mallarının Avropaya çatdırılmasında Bakı limanı, Bakı–Tbilisi–Qars (BTQ) dəmiryolu ilə bərabər alternativ və daha etibarlı routelar təqdim edir. Əgər dəhliz açılarsa, yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artacaq və logistika xərcləri azalacaq. Süveyş kanalı üzərindən aparılan ticarətin 12 %-ni əvəzləyən quru xəttinin mövcudluğu, həm dəniz nəqliyyatının, həm də hava yolu şəbəkəsinin yükünü yüngülləşəcək. Prezident İlham Əliyevin “Sinxua” müsahibəsində vurğuladığı kimi, bu marşrut Pekin üçün Avropaya çıxışda “alternativ və təhlükəsiz yol” deməkdir ki, bu da iki ölkənin ticarət dövriyyəsinin artırılmasına birbaşa təsir edəcək . Bəli məhz Zəngəzur dəhlizi Naxçıvanla birləşdirən yol vasitəsilə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (Rəşt–Astara xətti) da fəaliyyətini gücləndirəcək, beləliklə həm Asiya–Avropa, həm də Şimal–Cənub marşrutları üzrə ticarət həcmləri artacaq. Deməli Prezidentin Çinə səfəri mühim tarixi əhəmiyyət kəsb edir və bu təkcə iqtisadi baxımdan deyil, eyni zamanda regionun siyasi gələcəyi baxımdan çox mühim hadisədir. Razi Abasbəyli visiontv.az
    Click here to Read more
    Prev Article
    Netanyahunun tezliklə Azərbaycana səfəri gözlənilir
    Next Article
    Azərbaycan və Çin liderlərinin geniş tərkibdə görüşü olub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment