Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Premium Bank"ın ümumi kredit portfelində geriləyib, biznes kreditləri isə azalıb

    6 minutes ago

    2

    0

    Premium Bank ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri, kredit portfelində müəyyən geriləmələri göstərir. Finss.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın ümumi kredit portfeli 0,42% azalaraq 464 680 manata düşüb. 2024-cü ilin eyni dövründə kredit portfeli 466 649 manat idi. Biznes kredit portfeli 8,88% azalaraq 344 812 manata enib. 2024-cü ilin yanvar-mart dövründə bu göstərici 378 402 manat idi. Bu azalma, bankın biznes sahəsindəki kredit fəaliyyətinin zəifləşdiyini və biznes müştəriləri arasında azalma olduğunu göstərir. İstehlak kredit portfeli isə əhəmiyyətli dərəcədə artaraq 37,69% yüksəlmiş və 44 451 manata çatıb. 2024-cü ilin eyni dövründə istehlak kredit portfeli 32 284 manat idi. Bu artım, bankın istehlak kreditlərinə olan tələbin artdığını göstərir. İpoteka krediti də 11,65% artaraq 75 417 manata yüksəlib. 2024-cü ilin yanvar-mart dövründə bu göstərici 67 548 manat idi. Bu artım, Premium Bank ASC-nin ipoteka krediti sahəsində daha aktiv olduğunu göstərir, amma ümumi kredit portfelinin azalması, bankın daha geniş bazarda zəif mövqeyini vurğulayır. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Turizmin beşiyi olan tarixi kəndlər - FOTO
    Next Article
    "Ziraat Bank Azərbaycan"ın biznes, istehlak və ipoteka kredit portfelləri artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment