Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Premium Bank"ın mənfəətində kəskin azalma - Hesabat

    1 week ago

    3

    0

    "Premium Bank" 2025-ci ilin I rübü üçün maliyyə hesabatını açıqlayıb.  Valyuta.Az xəbər verir ki, yanvar-mart aylarını əhatə edən cari ilin I rübündə bankın mənfəəti 38.45% azalaraq  1 mln. 582 min manata düşüb. Ötən ilin müvafiq dövründə bankın əldə etdiyi xalis mənfəət 2 mln. 570 min manat olub.  Hesabat dövründə bankın faiz gəlirlərində artım qeydə alınsa da, qeyri-faiz gəlirlərində azalma müşahidə olunub. Belə ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 12.87% artaraq 7 mln. 842 min manatdan 8 mln. 851 min manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 21.21% azalaraq 3 mln. 801 min manatdan 2 mln. 995 min manata düşüb. Həmçinin hesabat dövründə faiz xərcləri cüzi azalsa da, qeyri-faiz xərclərində 200 min manatdan çox artım qeydə alınıb. Faiz xərcləri 2 mln. 878 min manatdan 2 mln. 876 min manata enib. Lakin qeyri-faiz xərcləri 5 mln. 838 min manatdan 6 mln. 88 min manatadək artıb. Ötən ilin son rübü ilə müqayisədə bankın öhdəliklərində artım yaşanıb. Sözügedən dövrdə bankın öhdəlikləri 20 mln. manatdan çox artaraq 463 mln. 9 min manatdan 486 mln. 858 min manata yüksəlib. Həmçinin şirkətlər bir neçə milyon manatını da bankdan geri çəkiblər.  Belə ki, hüzquqi şəxslərin bankdakı depozitləri əvvəlki ilin son rübü ilə müqayisədə 2 mln.dan çox azalaraq 85 mln. 706 min manatdan 83 mln. 194 min manata düşüb. Fiziki şəxslərin depozitləri isə 8.93% artaraq 292 mln. 55 min manatdan 318 mln. 151 min manata yüksəlib.  Bundan əlavə bankın vaxtı keçmiş kreditlərinin həcmi isə 3 mln. 65 min manat təşkil edib. Bunun da 2 mln. 794 min manatı Bakı, 212 min manatı Abşeron-Xızı, 50 min manatı Gəncə–Daşkəsən, 8 min manatı Naxçıvan ərzaisi üzrə verilmiş kreditlər təşkil edib.  Rəhim
    Click here to Read more
    Prev Article
    Kartof idxalçısının yarım milyon manata yaxın vergi borcu üzə çıxdı
    Next Article
    İlkin hərbi qeydiyyatdan boyun qaçıranlarcərimələnəcək

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment