Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    PR-çı hər zaman doğru danışmalıdır?

    6 days ago

    4

    0

    PR sahəsində etika və strateji yanaşma ayrılmaz bir bütövlük təşkil edir. Müasir informasiya dövründə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisin əsas vəzifəsi yalnız məlumat ötürmək deyil, eyni zamanda bu məlumatı düzgün, məsuliyyətli və inam doğuran şəkildə təqdim etməkdir.  Bəs PR-çı hər zaman doğru danışmalıdır? Mövzu ilə bağlı Valyuta.az-a danışan “Viva” Kommunikasiya Agentliyinin rəhbəri, Marketinq və PR mütəxəssisi Vüqar Baba deyir ki, bu mövzu maraqlı olmaqla yanaşı, bir mənalı yanaşma tələb etmir: "Düşünürəm ki, PR-çı heç vaxt yalan danışmamalıdır. Onun əsas vəzifəsi kommunikasiya qurmaqdır - amma bu kommunikasiya yalanlar üzərində deyil, strateji şəkildə qurulmalı, düzgün və məsuliyyətli informasiya üzərində dayanmalıdır. Bəzən doğrunun özü auditoriyanı təşvişə sala bilər və ya həssas məqamlarda birbaşa deyilməsi istənilməyən təsirlərə yol aça bilər. Bu zaman PR-çı doğrunu necə, nə zaman və hansı tonla deyəcəyini bilməlidir. Bəlkə də o informasiya daha sonra paylaşılmalı, ya da daha səliqəli, daha diplomatik şəkildə təqdim edilməlidir. Amma istənilən halda yalan üzərində qurulan kommunikasiya uzunmüddətli nəticədə etimadı zədələyir". V.Baba bildirib ki, fövqəladə hal zamanı bəzi informasiyaların dərhal açıqlanması daha böyük təşvişə, hətta insanların təhlükə altında qalmasına səbəb ola bilər. "Bu kimi hallarda doğru informasiya zamanlama ilə uzlaşdırılmalıdır. Eyni zamanda, əgər ortada səhv qərarlar və ya zərərli nəticələr doğuran addımlar varsa, onların səbəb-nəticə əlaqəsi ilə izahı vacibdir. Bu zaman qurumun reputasiyasına xələl gəlməməsi üçün təkcə gerçəyi demək deyil, həm də bu gerçəyin mümkün təsirlərini minimuma endirəcək addımları paralel şəkildə təqdim etmək lazımdır". "PR-çının funksiyası sadəcə məlumat ötürmək deyil. O, təmsil etdiyi qurumun, müəssisənin, şirkətin və ya brendin imicini qoruyan, nüfuzunu yüksəldən və onun danışan dili olan şəxsdir. Bu səbəbdən, yalanla deyil, düzgün qurulmuş kommunikasiya ilə bu vəzifəni yerinə yetirməlidir",- deyə o, vurğulayıb.
    Click here to Read more
    Prev Article
    Bilgisayardan Termosa: Günün Fırsatları Kapsamında Alabileceğiniz İndirimli Ürünler
    Next Article
    Vüqar Səfərliyə qaytarılan əmlaklar yenə əlindən çıxa bilər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment