Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks!

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Planlı olaq, yoxsa həyatı axışına buraxaq? - Effektiv yol

    8 hours ago

    Bəzi insanlar düşünür ki, həyatı və işləri planlı idarə etmək lazımdır. Amma bəzi insanlar spontan, plansız yaşamağa üstünlük verirlər. Yəni düşünürlər ki, gündəlik plan qursalar və o planlardan biri alınmasa, bu, gün boyu işlərinə və o günə mənfi təsir edəcək. Bəzi insanlar isə plan qurmasalar, narahat olur və plansız işlərini düzgün idarə edə bilmədiklərini düşünür. Bəs doğru olan nədir? İş və şəxsi həyatda plan qurmaq vacibdir, yoxsa spontan idarə etmək? Psixoloq Günel Hacızadə Valyuta.az-a bildirdi ki, adətən, həyatda ən sağlam yanaşma bu ikisinin balansıdır: “Həyatı spontan da, planlı yaşamaq da öz yerində dəyərlidir. Spontan yaşamaq insanı daha elastik edir, dəyişən şəraitə tez uyğunlaşmağa kömək edir. Həyatdan daha çox zövq almağa, gözlənilməz gözəllikləri görməyə şərait yaradır. Ancaq tam spontan yaşamaq uzunmüddətli məqsədlərə çatmaqda çətinlik yarada bilər. Planlı yaşamaq isə məqsədlərə çatmaq üçün ən etibarlı üsuldur. Planlı yaşamaq vaxtdan, enerjidən daha ağıllı istifadə etməyə imkan verir. Lakin həddindən artıq planlı olmaq insanda stres və çevikliyə qarşı müqavimət yarada bilər. Planlar pozulanda narahatlıq çox olur".  Strateji planlı və gündəlik çevik olma prinsipi ilə hərəkət etmək olar Psixoloq deyir ki, əsasən böyük məqsədlər üçün planlı olmaq yaxşıdır: “Məsələn, karyera, şəxsi inkişaf, maliyyə idarəsi və.s kimi işlərdə planlı olmaq daha məqsədə uyğundur. Ancaq gündəlik həyatın içində spontanlığa da yer vermək lazımdır. Məsələn, istirahət günündə proqramsız gəzmək, yeni şeylər sınamaq, günü axışına buraxmaq olar. Bir çox uğurlu insanlar “strateji planlı, gündəlik isə çevik” prinsipini tətbiq edir. Yəni, strateji planlı istiqamət sabitdir. Lakin gündəlik addımlar çevik və vəziyyətə uyğun olur, nə qədər planla hərəkət edirsinizsə edin, ani dəyişimlərə, baş verə biləcək situasiyalara hazır olub çevik qərarlar verə bilməlisiniz ki, plandakı sabitlik pozulmasın. Spontanlıq isə elə çevik qərarlar üzərində quruludur və bu hansısa hədəfə çatmaq üzrə qurulmur, bir növ "günü problemsiz ötüşdürmək" kimi olur. Nəticədə kiçik uğurlar da əldə oluna bilər. Lakin böyük hədəf və planlar üçün məqsədəuyğun deyil. Qısacası, hədəfə gedən yol üçün xəritə lazımdır. Sadəcə bu yolda bəzən dayanıb nəfəs almaq da vacibdir". Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Neftimizin qiyməti ucuzlaşıb
    Next Article
    DGK-ya məxsus iki avtobus hərraca çıxarılır – Qiymət 22 000 manatdan başlayır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment