Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Piyadaya yol verməyib döyən "BakuBus" sürücüsü işdən çıxarıldı (VİDEO)

    5 hours ago

    2

    0

    Bakıda avtobus sürücüsü piyadanı döyüb. Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, “BakuBus” MMC-yə məxsus 11 saylı 90 JY 786 dövlət nömrə nişanlı avtobusun sürücüsü piyada ilə mübahisə edib. Daha sonra mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib. Sürücü piyadanın üzünə yumruqla vuraraq qaşını partladıb. Əraziyə polis əməkdaşları cəlb olunublar. Mübahisəyə səbəb isə avtobus sürücüsünün piyada zolağında olan sərnişinə yol verməməsi olub. “BakuBus”ın mətbuat katibi Əsmər Əliyeva baş verən faktı təsdiqləyib. O qeyd edib ki, insident ötən gün saat 19:30-da baş verib: “Video-müşahidə kameralarının görüntülərinin təhlili nəticəsində müəyyən olunub ki, avtobus sürücüsü Babək Əsgərov piyada keçidində piyadanın keçidinə üstünlük verməyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, piyadanın irad bildirməsi zamanı isə aralarında xoşagəlməz mübahisə yaranıb. Babək Əsgərovun əmək fəaliyyətinə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq xitam verilməsi barədə qərar qəbul edilib. Baş vermiş hadisə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır”.
    Click here to Read more
    Prev Article
    The funeral homily captures Francis’ life and legacy.
    Next Article
    Dursun Özbek, Yıllık Olağan Bütçe Toplantısı'nda açıkladı! 'G.Saray'ın imajını fersah fersah yukarıya çıkaracak bir proje'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment