Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Pasxa çıxsın, hava düzələcək?

    1 week ago

    2

    0

    "Pasxa çıxsaydı, havalar düzələrdi”. Uşaq vaxtımızdan böyüklərdən bu sözləri eşitmişik.  Maraqlıdır, bu fikir nə dərəcədə əsaslıdır?   Pasxa çıxsa, havalar düzələcəkmi? Ilahiyyatçı Tural İrfan Hit.-az deyib ki, keçmiş zamanda insanlar təbiət hadisələrini dini inancları ilə sintez edirdilər. Qədim yunan miflərinə görə şimşək, güclü tufan Allahın qəzəbi, yaxud tanrıların savaşı kimi mülahizə olunurdu: “Ay , yaxud Günəş tutulanda şamanlar toplaşıb ayinlər icra edir, dəmir qabları bir - birinə vururdular ki, şər qüvvələr Ayın qabağından çəkilsin. Həmçinin , Həzrət Muhəmməd Peyğəmbərin körpə övladı İbrahim vəfat edərkən Günəş tutuldu. Bəziləri bunu uşağın vəfatı ilə əlaqələndirdilər. Peyğəmbər o qədər hiddətləndi ki, dəfni yarımçıq qoyub, məzarlıqda insanlara moziə oxumağa, belə hadisələrin ölümlə heç bir əlaqəsinin olmadığını izah etdi. Yaxud Pasxa ilə əlaqədar olaraq, havaların pozulmasını əlaqələndirirlər. Bu, xurafatdır. Bəlkə də dinlər təhrif olunanda müxtəlif əlamətdar günləri məhz təbiətin dəyişdiyi günlərə uyğunlaşdırıblar ki, daha inandırıcı olsun, amma hər bir halda bu da yanlışdır. Haçansa, hansısa hadisə olubsa, onun xatirəsi üçün bu gün o zamanın hadisələrindən məsul olmayan bəşəriyyət niyə əziyyət çəkməlidir? Bu, dinin də mahiyyətinə zidd inancdır ki, Pasxaya görə külək, tufan baş verir. Havalar Pasxaya görə pozulmur, bəlkə Pasxa təbiətin təlatümlü günlərinə təvafüq edir... Fiziklərə, təbiət alimlərinə müraciət etsək, tam elmi şəkildə izah edəcəklər ki, fəsillərin dəyişdiyi ərəfədə coğrafiyanın təbiətinə uyğun da hadisələr baş verir. Dinlərin yaranma mərkəzi sayılan Yaxın Şərqdə əsasən isti və mülayim iqlim hakim olduğu üçün Pasxada orada heç külək baş vermir. Bu məntiqlə gərək orada daha böyük soyuq və tufan olsun, çünki Həzrət İsa və digər peyğəmbərlər orada yaşayıb. Allah təala kainatı yaradanda mexanizm, nizam üzərində xəlq edib. Bu nizamı xüsusi şəxslərə görə dəyişmir. Dünyada minlərlə din var. Hərənin dini də özü üçün haqdır. Hər dinə görə dünyada bircə təbiət hadisəsi baş versə onda dünya qısa müddətdə dağılardı. Təbiətin öz qanunları var, hərəkət mexanizmi, dəyişmə harmoniyası var. Pasxadan əvvəl də dünyada təbiət bu cür olub, belə də olacaq”. Sevinc
    Click here to Read more
    Prev Article
    DSMF-yə yeni sədr təyin olundu
    Next Article
    Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment