Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Paşinyan üçün hakimiyyəti itirmək, həm də həyatını itirmək deməkdir

    1 week ago

    5

    0

    Amma aprelin 4-də Ermənistan Prezidenti Vaahn Xaçatryanın ölkəsinin Avropa Birliyinə üzvlük prosesinin başlanması haqqında qanunu imzalamasından 10 gün ötməmiş Hay Sahibkarlar Assosiasiyasının Moskvada biznes forumunun təşkili, həmən qurumun prezidenti, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyanın Avropa Birliyinə üzvülük cəhdinin Ermənistan üçün heç də yaxşı nəticələnməyəcəyi haqda xəbərdarlığı buna Kremlin birbaşa və açıq etirazıdır. Bu həm də o deməkdir ki, Rusiyada 2026-cı ildə Ermənistanda keçirilməsi planlaşdırılan parlament seçkisinə hazırlığa start verilib və onun maliyyələşməsini də məhz oradakı ən varlı hayın başında durduğu Sahibkarlar Assosiasiyası reallaşdıracaq. Pul paylamaqla Ermənistanda seçici səsini qazanmağın mümkünlüyü artıq İrəvandan sonra ikinci böyük şəhər sayılan Gümrüdə keçirilən seçkidə öz təsdiqini tapdı. Paşinyanın sözü gedən seçkidə bütün inzibati mexanimzləri işə salmasına, hətta kampaniyaya qatılmasına baxmayaraq dünən müxalifətin təmsilçisi Vardan Qukasyan mer seçildi. Və özünü kommunist kimi təqdim edən bu mafioz elə ilk gündəcə ölkəsinin Rusiya ilə Belarusun yaratdıqları ittifaq dövlətinə üzvlüyünə tərəfdar çıxdığını açıqladı. Qukasyan nədən belə bir istəyinin olduğunu onlara xas bəzi saxtakarlıqlara da yol verməklə bu cür izah edir: “1920-ci ilin 20 avqustunda Rusiya ilə imzalaan müqaviləyə görə, Zəngəzur, Qarabağ və Naxçıvan bizə verilirdi. Və elə həmən gün imzalanan Sevr anlaşmasında ingilislərlə fransızlar bizə 160 min kv kilometrlik ərazi vəd etdilər. Biz onlara inandıq. Bir neçə gün sonra türklər nə vardı əlimizdən aldılar və Aleksandropol anlaşmasına görə bizə cəmisi 9,7 kv km torpaq saxladılar. Ruslarsız bizim indiki kimi 29,8 kv km ərazimiz olmazdı”. Beləliklə, ABŞ-Rusiya sövdələşməsinin Moskvanın arzuladığı yöndə davamının Paşinyan üçün çox təhlükəli sonuclanacağının əlamətləri artıq görünməkdədir. Özündən əvvəlki nasist sələflərindən fərqli olaraq onun üçün hakimiyyəti itirmək, həm də həyatını itirmək deməkdir. Mümkündür ki, belə bir perspektivlə üzləşə biləcəyini hiss etdiyindən Ermənistan baş naziri parlamentdəki çıxışında o cür isterikcəsinə davranırdı və eyni zamanda da verdiyi açıqlamalarda Azərbaycanın konstitusiyalarına dəyişiklik, Minsk qrupunun buraxılmasıyla bağlı tələblərinin heç də əsassız olmadığını sərgiləyirdi. Millət vəkili Sahib Alıyev visiontv.az
    Click here to Read more
    Prev Article
    Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
    Next Article
    Tramp Çin məhsullarına tətbiq edilən rüsumları azalda bilər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment