Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Paşinyan hakimiyyətini qoruyub saxlamağın bircə yolu qaldığını getdikcə daha aydın hiss edir

    1 week ago

    4

    0

    Ermənistanda ilk dəfədir belə yüksək səviyyədə etiraf edilir ki, bəli, qərbdə guya onların maraqlarını güddüklərini sərgiləyənlərin çoxunun qəlblərində zərrə qədər hay sevgisi yoxdur, əksinə onları hər an maraqlarına qurban verməyə hazırdırlar. Bəs həmən siyasətçilərin özlərini Ermənistan sevdalısı kimi sırıyaraq rəğbətlərini qazanmağa çalışdıqları seçicilər kimlərdilər, hay diasporunun təmsilçilərimi? Əksər hallarda demək olar ki, yox. Məsələ burasındadır ki, qərbin formalaşdırdığı beynəlxaq konyunktura hazırda sivilizasiyalararası toqquşma üzərində qurulub. Ona görə də bir çox Avropa ölkələrində prezidentlər və baş nazirlər səviyyəsində açıq şəkildə multikulturalizmin özünü doğrultmadığı bildirilir, orada islamofobiya getdikcə güclənir və indiki dönəm də postsekulyarizm kimi xarakterizə olunur. Yəni qərb siyasətçilərinin sözdə "haypərəstlik"lərinin arxasında elə yenə sözdə xristian təəssübkeşliyi durur. Ona görə sözdə deyirəm ki, qərbdəki səlibçi zehniyyətlilərin dinə yanaşmaları əslində məscidləri yerlə yeksan edənlərlə "ya Fatimeyi-Zəhra" sədaları altında birgə hərbi təlim keçirənlərdən elə də çox fərqlənmir. Yəni onlar özlərini din təəssübkeşi kimi təqdim edərkən sadəcə kütləyə, islamofobiya ilə zəhərlədikləri kütləyə oynayırlar. Ermənistan baş nazirinin sözü gedən açıqlamasında qərbdəki din qardaşlarının bax bu riyakarlıqları diqqətə çatdırılır. Və buradan o da aydın olur ki, bir sıra ölkələrdəki hay diasporunun guya onların apardıqları siyasətə əhəmiyyətli dərəcədə təsir etmələri sadəcə mifdir. Bəzi ölkələr əslində elə həmən hay diasporundan da öz geosiyasi maraqları üçün faydalandıqlarından belə görüntü yaradır, içlərindəkini adlarına çıxır, onlara da alət olaraq yanaşırlar. İndi gələk Paşinyanın bizim kimi onun özünə də çoxdan bəlli olan bu reallığı niyə məhz indi, uydurma soyqırımlarının növbəti ildönümü ərəfəsində dilə gətirməsinə, heç şübhəsiz ki, burada ilk növbədə Türkiyənin rəğbətini qazanmaq niyyəti güdülür. Çünki Ermənistan baş naziri artıq hakimiyyətini qoruyub saxlamağının bircə yolu qaldığını getdikcə daha aydın hiss edir. O yol da yolların açılmasından keçir. Millət vəkili Sahib Alıyev visiontv.az
    Click here to Read more
    Prev Article
    Tramp: Bir çox ölkələrin liderləri rüsumları aşağı salmağı xahiş edirlər
    Next Article
    Tramp: Bir çox lideri və iş adamı rüsumları aşağı salmağı xahiş edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment