Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    PAŞA Sığorta-dan “Hyundai” sahiblərini sevindirəcək kampaniya!

    16 hours ago

    1

    0

    Finss.az - PAŞA Sığorta Tam KASKO sığortası  üzrə 28 apreldən başlayaq hər həftə fərqli avtomobil markaları üçün xüsusi kampaniyalar elan edəcək! “Hyundai həftəsi” adlı kampaniya çərçivəsində 28 aprel- 5 may 2025-ci il tarixlərində sığorta haqqı 500 AZN və daha yüksək məbləğli, “Hyundai” markalı avtomobili üçün Tam KASKO məhsulu əldə etmək istəyən sürücülər  30% xüsusi endirim qazanacaq. Kampaniya yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən, yeni və ya tarifinə yükləmə edilməyən yeniləmə fərdi müştərilərə şamil edilir. Kampaniyadan istehsal ili 2009-cu il və daha yuxarı olan “Hyundai” markalı avtomobillər yararlana bilər. Kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya, yaxud //cutt.ly/erjbpGTb  linki vasitəsilə onlayn mürcaiət edə bilərsiniz. Kampaniyadan yararlanmaq üçün PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram //www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən də müraciət edə bilərsiniz. Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.   Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    “Brent” neftinin qiyməti azalıb
    Next Article
    Eğitim Sektörüne Yönelik Siber Saldırılar Artıyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment