Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    PAŞA Sığorta 128 uşağın arzularını gerçəkləşdirdi

    1 week ago

    5

    0

    Finss.az - PAŞA Sığorta sosial məsuliyyət siyasəti çərçivəsində “ASAN Məktub” layihəsinə dəstək olaraq aztəminatlı ailələrin uşaqlarını sevindirib. Layihənin əsas məqsədi aztəminatlı ailələrin övladlarının ASAN könüllülərinə ünvanladıqları məktublarda qeyd etdikləri hədiyyə arzularını həyata keçirməkdir. PAŞA Sığortanın müxtəlif departamentlərindən olan əməkdaşlar könüllü şəkildə 128 uşağın məktublarını seçərək onların istədiyi oyuncaqları, məktəb ləvazimatlarını, geyimləri və digər hədiyyələri ASAN könüllülərinə təqdim ediblər. PAŞA Sığorta gələcəkdə də cəmiyyətə töhfə verən və uşaqların sevincinə səbəb olan layihələrə dəstəyini davam etdirməyi planlaşdırır.  Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Banklar və sığorta şirkətləri IPO prosesinə daha hazır görünür - Ruslan Xəlilov
    Next Article
    ABA 35 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlayıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment