Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “PAŞA Kapital” ötən il kiçilib, mənfəəti azalıb

    1 week ago

    4

    0

    Ötən il “PAŞA Kapital” investisiya şirkətinin xalis mənfəəti azalıb.  Valyuta.az bu barədə banka istinadən xəbər verir.  Məlumata görə, investisiya şirkəti 2024-cü ili 2,25 mln. manat xalis mənfəətlə bitirib ki, bu da əvvəlki illə müqayisədə 5,1% və ya 121,8 min manat azdır. “PAŞA Kapital” 2023-cü ili 2,37 mln. manat xalis mənfəətlə bitirmişdi.  Hesabat dövründə şirkətin faiz gəlirləri 2,2 dəfə artaraq 4,5 mln. manata bərabər olub. Xalis faiz gəlirləri isə bir ildə 927,1 min manatdan 1,63 mln. manata yüksəlib.  Qeyri-faiz gəlirləri 17,4% artaraq 6,61 mln. manata, qeyri-faiz xərcləri isə daha çox- 52,7% artaraq 5,39 mln. manata bərabər olub.  Qeyri-faiz xərclərinin daha çox artması onun mənfəət vergisindən əvvəlki mənfəətinin azalmasına səbəb olub. Bu rəqəm 2023-cü ildəki 3 mln. manatdan ötən il 2,87 mln. manata enib. Bu isə bir ildə 4,3% və ya 128 min manat azalma deməkdir.  “PAŞA Kapital” 2024-cü ildə əvvəlki ilə nisbətən 1% az, yəni 624,6 min manat mənfəət vergisi ödəyib.  İnvestisiya şirkətinin cəmi ümumi gəlirləri isə ötən 2,62 mln. manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 866 min manat azdır.  Ötən il investisiya şirkəti 1,8 mln. manat kiçilib. Belə ki, 1 yanvar 2025-ci il tarixinə “PAŞA Kapital”ın cəmi aktivləri 64,07 mln. manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,8% azdır. Bundan əlavə şirkətin cəmi öhdəlikləri 8,5% azalaraq 47,56 mln. manata enib. Cəmi kapitalı isə 13,89 mln. manatdan 16,5 mln. manata yüksəlib. Nara
    Click here to Read more
    Prev Article
    Adı siyahıda olmayan plastik cərrahlarla bağlı RƏSMİ açıqlama
    Next Article
    Son antrenmanda sakatlandı... Göztepe maçı öncesi Beşiktaş'a kötü haber!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment