Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "PAŞA Bank"ın vaxtı keçmiş kreditləri 100 milyon manatı ötüb

    1 week ago

    3

    0

    2025-ci ilin I rübünün sonunda "PAŞA Bank" ASC-nin vaxtı keçmiş kreditləri son 3 ayda 25 milyon manatdan çox artaraq 101 milyon 892 min manat təşkil edib. Valyuta.Az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 75 milyon 130 min manat olub. Vaxtı keçmiş kreditlərin ən çox qeydə alındığı sahə ticarət sahəsi olub. Belə ki, bu sahə üzrə verilmiş 799 milyon 098 min manat kreditin 21 milyon 306 min manatı vaxtı keçmiş kreditlər olub. Emal sənayesi üzrə 8 milyon 408 min manat, kənd təsərrüfatı üzrə 19 milyon 329 min manat, tikinti sahəsi üzrə 7 milyon 405 min manat vaxtı keçmiş kredit qeydə alınıb. Vaxtı keçmiş kreditlərin 7 milyon 283 min manatı fiziki şəxslərə verilmiş kreditlər (istehlak və ipoteka), 1 milyon 467 min manatı elektrik enerjisi və qaz istehsalı, 19 milyon 836 min manatı sənayenin digər sahələri, 16 milyon 264 min manatı digər qeyri-istehsal və xidmət sahələri üzrə verilmiş kreditlər olub. Bundan əlavə qeyri-qənaətbəxş kreditlərin miqdarında da böyük artım qeydə alınıb. Belə ki, 2024-cü ilin sonuna bankın qeyri-qənaətbəxş kreditləri 45 milyon 811 min manat təşkil edirdisə, cari ilin I rübünün sonunda bu sözügedən kreditlərin həcmi 53 milyon 133 min manata çatıb. Ümidsiz kreditlər isə 4 % artaraq 56 milyon 882 min manatdan 59 milyon 144 min manata yüksəlib. Bankın vaxtı keçmiş kreditlərinin ümumi kredit portfelindəki çəkisi 3.1 % olub. Ötən ilin sonunda isə bu rəqəm 2.3 % olub. Rəhim
    Click here to Read more
    Prev Article
    Kriptovalyutada ziddiyyət: "Bitcoin" artdı, "Ethereum" azaldı
    Next Article
    Okeanlar artıq mavi rəngdə olmayacaq - Bənövşəyi və ya qırmızı...

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment