Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "PAŞA Bank"ın aktivləri yarım milyard manata yaxın azalıb - Hesabat

    1 week ago

    5

    0

    "PAŞA Bank"ın 2025-ci ilin I rübü üçün açıqladığı maliyyə hesabatına əsasən bankın ümumi aktivləri 8 milyard 248 milyon 112 min manat təşkil edib.  Valyuta.Az xəbər verir ki, bu, ötən ilin müvafiq dövründə qeydə alınan göstəricidən 5.7 % və ya 499 milyon 252 min manat daha azdır. Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu göstərici 8 milyard 747 milyon 364 min manat olub.  Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48.9 % azalaraq 1 milyard 765 milyon 187 min manatdan 901 milyon 585 min manata qədər azalıb.   Hesabat dövründə hüquqi şəxslərin bankdakı depozitləri 4 milyard 539 milyon 084 min manat, fiziki şəxslərin depozitləri isə 1 milyard 781 milyon 718 min manat təşkil edib.  Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 5 milyard 279 milyon 749 min manat və 1 milyard 679 milyon 216 min manat olub.  Beləliklə fiziki şəxslərin bankdakı depozitləri 6.1 % artsa da, hüquqi şəxslərin depozitlərinin miqdarında 14 % azalma müşahidə olunub. Bankın faiz və qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Belə ki, bankın faiz gəlirləri 0.31 % artaraq 121 milyonn 909 min manatdan 122 milyon 289 min manata, qeyri-faiz gəlirləri isə 23.3 % artaraq 74 milyon 193 min manatdan 91 milyon 482 min manata yüksəlib. Qeyd edək ki, əldə olunan 91.4 milyon manatlıq gəlirin 39.7 milyon manatı haqq və komissiya gəliri olub.  Bankın faiz və qeyri-faiz xərclərində də artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz xərcləri 21 milyon 541 min manatdan 39 milyon 248 min manata, qeyri-faiz xərcləri isə 106 milyon 525 min manatdan 112 milyon 488 min manata çatıb. Bu isə  müvafiq olaraq 82.2 % və 5.6 % artım deməkdir. Hesabat dövründə bankın xalis mənfəəti də 13.9 % azalaraq 44 milyon 017 min manata düşüb. 2024-cü ilin I rübünün sonunda bu göstərici 51 milyon 123 min manat olub.  Rəhim
    Click here to Read more
    Prev Article
    Ziraat Bank-ın Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib
    Next Article
    Tələbat çoxdur - Amma istehsalı azalır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment