Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “PAŞA Bank” növbəti dəfə Mərkəzi Bankın tələblərini pozub - Məcburi sərəncam verildi

    15 hours ago

    1

    0

    “PAŞA Bank” ASC fəaliyyətində pozuntuya yol verib.  Valyuta.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir .  Məlumata görə, bank tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulduğu məlum olub.  “Banklar haqqında” qanunun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank “PAŞA Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.  Qeyd olunub ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır. Xatırladaq ki, bu 2024-cü ilin əvvəlindən “PAŞA Bank”la bağlı dördüncü belə haldır. Bundan əvvəl, pozuntulara görə bankın vəzifəli şəxsinə iki dəfə cərimə tətbiq edilib. AMB həmçinin, bir dəfə məcburi ehtiyat normaları ilə bağlı tələblərə riayət etmədiyi üçün “PAŞA Bank”a maliyyə sanksiyası tətbiq edib. NARA
    Click here to Read more
    Prev Article
    Həcc ziyarətinə gedənlərə bu halda 10 il qadağa qoyulacaq
    Next Article
    Haqqında Prezidentə məlumat verilən gənc danışdı: “Çox həyəcanlandım”

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment