Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Özünə qəsd edən iş adamının arvadı Somalidə qətlə yetirilibmiş - FOTO

    29 minutes from now

    3

    0

    Dünən saat 18 radələrində Göyçay rayonunda intihar edən iş adamı 1977-ci il təvəllüdlü Əflatun İsmayılovla bağlı bəzi məqamlar üzə çıxıb. “Qafqazinfo” xəbər verir ki, Ə.İsmayılov ailə üzvləri ilə birgə 2016-cı ildə Somalidə terrorçuların hücumuna məruz qalıbmış. Həmin hadisədə onun həyat yoldaşı Kəmalə İsmayılova həlak olub, Ə.İsmayılov və övladları isə ağır xəsarətlər alıb. Bundan sonra K.İsmayılovanın cənazəsi Türkiyənin vasitəçiliyi ilə Somalidən gətirilərək Göyçayın Ləkçıplaq kəndində dəfn edilib. Ə.İsmayılov və övladları da Afrikadan Azərbaycana qayıdaraq burada yaşamağa davam ediblər. Ə.İsmayılovun yaxınları Oxu.az-a açıqlamalarında həmin terror hadisəsindən sonra onda psixoloji problemlərin yarandığını bildiriblər. Qeyd edək ki, Ə. İsmayılov ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar çoxlu borcu yaranıb. Onun xarici ölkələrə kənd təsərrüfatı məhsulları apardığı qeyd edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
    Click here to Read more
    Prev Article
    AccessBank-ın yeni konseptli filialı artıq Cəlilabadda!
    Next Article
    İran Prezidentininrəsmi qarşılanma mərasimi oldu - YENİLƏNİB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment