Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Özəlləşdirmə və icarədən büdcəyə 50,7 milyon manat daxil olub

    1 week ago

    4

    0

    Finss.az - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 50,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən  2025-ci ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 223 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin yanvar-mart ayları ərzində  hərraca çıxarılmış dövlət əmlakı üzrə 71 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb. Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 40,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,9% çoxdur. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin birinci rübündə 137-si qeyri-yaşayış, 847-si isə torpaq sahələri üzrə olmaqla 984 yeni icarə müqaviləsi bağlanılıb. 2025-ci ilin ilk rübündə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 10,4 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım qeydə alınıb. Beləliklə, 2025-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 50,7 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 65,2% çoxdur. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Vergi orqanı tərəfindən sənədlərin vergi ödəyicisinə göndərilməsi qaydası
    Next Article
    Portuqaliyaya 190 milyon dollarlıq neft ixrac olunub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment