Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ötən il Azərbaycana ən çox pul hansı ölkələrdən köçürülüb? – SİYAHI

    1 week ago

    4

    0

    Ötən il xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 571,9 milyon ABŞ dolları və ya 34,6% azalaraq 1,08 milyard ABŞ dolları təşkil edib. Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən il Azərbaycana ən çox pul köçürmələri Rusiyadan olub. Bu ölkədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,7 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir. Azərbaycana ən çox pul köçürmələri həyata keçirən ikinci ölkə 175,9 milyon ABŞ dolları ilə (illik müqayisədə 11,6 milyon ABŞ dolları və ya 7% çox) Türkiyə olub. Siyahının üçüncü pilləsində isə 65 milyon ABŞ dolları (8,8 milyon ABŞ dolları və ya 11,9% az) ilə Amerika Birləşmiş Ştatları qərarlaşıb. Ötən il Azərbaycana ən çox pul köçürən ölkələr aşağıdakı cədvəldə göstərilib: Dövlətlərin adı Məbləğ   min (ABŞ dolları) Rusiya Federasiyası 496 753 Türkiyə 175 897 Amerika Birləşmiş Ştatları 64 984 Gürcüstan 35 307 Birləşmiş Krallıq 33 974 Birləşmiş Ərəb Əmirlikləri 31 679 Almaniya 24 131 Qazaxıstan 23 070 Səudiyyə Ərəbistanı 20 541 Avstriya 14 997 İsrail 13 626 Qətər 12 510 Fransa 11 787 Özbəkistan 10 956 İrlandiya 10 861 İsveçrə 10 161 İraq 7 541 Niderland 6 005 Litva 5 426 Belarus 4 773 Kanada 4 592 Polşa 3 880 Sinqapur 3 876 Küveyt 3 201 Qırğızıstan 3 163 İtaliya 2 728 Digər dövlətlər 46 454 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Fevralda ABŞ-a bu qara metalın idxalı azalıb
    Next Article
    “bir sıra xidmətlər”in satın alınması - TENDER

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment