Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?

    1 week ago

    6

    0

    "OpenAI" şirkəti X (keçmiş Twitter) platformasına bənzəyən yeni sosial şəbəkə üzərində işləyir.  Valyuta.az xəbər verir ki, "The Verge" nəşrinin bir neçə mənbəyə istinadən yaydığı məlumata görə, bu layihənin artıq prototipi mövcuddur və Sem Altman onu şirkət divarları arxasında nümayiş etdirərək ilkin rəylər toplayır. Yeni platformanın əsas xüsusiyyəti – ChatGPT ilə görüntü generasiyası funksiyası və onun ətrafında qurulmuş xəbər lenti olacaq. Qeyd olunur ki, Altman bu ideyanı hələ fevral ayında zarafatla dilə gətirmiş və "Meta" şirkətinin ChatGPT-yə rəqib tətbiq hazırlamasına cavab olaraq sosial şəbəkə yaratmağı nəzərdən keçirəcəklərini demişdi. Mənbələrin bildirdiyinə görə, "OpenAI"ın sosial şəbəkəyə ehtiyacı əsasən canlı və aktuallaşdırılmış istifadəçi məlumatları ilə bağlıdır. Hazırda bu cür məlumatlar X və "Meta" platformalarında mövcuddur və həmin şirkətlər öz süni intellekt modellərini bu məlumatlar əsasında öyrədir. "The Verge" ilə danışan süni intellekt sahəsinin nümayəndələrindən biri bildirib ki, X platformasına "Grok" çat-botunun inteqrasiyası sektorda həsəd doğurur: "Xüsusilə, istifadəçilərin botu müxtəlif absurd şeylərə məcbur edərək viral tvitlər yaratma üsulu diqqət çəkir". Yeni platformanın ayrı bir tətbiq kimi təqdim olunacağı, yoxsa mövcud ChatGPT sisteminə inteqrasiya ediləcəyi hələlik məlum deyil. Layihənin nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək. 2025-ci ilin mart ayında ChatGPT dünyada ən çox yüklənən tətbiq olub – "TikTok" və Instagram kimi nəhəng platformaları geridə qoyaraq ay ərzində 46 milyon dəfə yüklənib. Bu populyarlıqda "Ghibli" studiyasının üslubunda animasiya şəkilləri yaratmaq trendi mühüm rol oynayıb. "OpenAI" şirkəti bildirmişdi ki, bu tələbat şirkətin qrafik prosessorlarını belə "əridəcək" qədər güclü idi. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək
    Next Article
    TFF, alt liglerde 2024-2025 sezonu play-off tarihlerini açıkladı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment