Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "OpenAI"dan sonra daha bir şirkət "Chrome" brauzerini almaq istəyir

    3 days ago

    3

    0

    "Perplexity" şirkətinin biznes direktoru Dmitri Şevelenko bildirib ki, məhkəmə belə bir qərar verərsə, şirkət "Google Chrome"u almağa hazırdır.  Valyuta.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb. ABŞ Ədliyyə Departamentinin şirkəti "Chrome" brauzerini satmağa məcbur etmək istədiyi "Google"a qarşı antiinhisar işi üzrə Vaşinqtonda federal məhkəmədə dinləmələr davam edir. Bundan əvvəl "OpenAI" nümayəndəsi brauzeri almaq arzusunu bildirərək, "Chrome" ilə inteqrasiyanın şirkət məhsullarının keyfiyyətini artıracağını qeyd etmişdi. "Google" öz növbəsində xəbərdarlıq edir ki, "Chrome"un satışı mənfi nəticələrə, o cümlədən istifadə haqqının tətbiqinə və ya məhsulun keyfiyyətinin aşağı salınmasına səbəb ola bilər. Şevelenko vurğulayıb ki, "Perplexity" "Chrome"un mövcudluğunu və keyfiyyətini qoruya biləcək. O, həmçinin qeyd edib ki, "Google"un hazırkı üstünlüyü elektronika istehsalçıları ilə rəqabəti çətinləşdirən eksklüzivlik müqavilələrinə əsaslanır. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    JAECOO, Ford Otosan'ın Elektrikli Puma'sına Rakip Olan Kompakt SUV'u J5 BEV'i Tanıttı
    Next Article
    Rubl və avronun qiməti düşür - Günün məzənnəsi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment