Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "OpenAI" "Chrome" brauzerini satın almaq istəyir

    5 days ago

    3

    0

    Süni intellekt sahəsində aparıcı şirkətlərdən biri olan "OpenAI" "Google Chrome" brauzerini almaq imkanını nəzərdən keçirir.  Valyuta.az "TechCrunch" portalına istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi ABŞ Ədliyyə Nazirliyi tərəfindən aparılan antiinhisar məhkəmə prosesində bildirib. "OpenAI"nin "“ChatGPT" layihəsinin icraçı direktoru Nik Terli məhkəmə dinləmələri zamanı deyib ki, belə bir addım istifadəçilərə süni intellektlə tam inteqrasiya olunmuş yeni brauzer təcrübəsi təqdim etməyə imkan verəcək. Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi "Google"un monopolist biznes təcrübələrinə qarşı hüquqi proses başladıb və tələblərdən biri də "Chrome" brauzerinin satışa çıxarılmasıdır. Keçmişdə "OpenAI" şirkətinin öz brauzerini yaratmaq niyyəti olduğu dəfələrlə xəbər verilib. Hətta bu məqsədlə "Chrome"un sabiq tərtibatçıları Ben Gudjer və Darin Fişer kimi tanınmış mütəxəssislər də cəlb olunub. Lakin hazırda bu layihə ilə bağlı rəsmi detallı məlumat mövcud deyil. 2025-ci ilin mart ayına olan məlumata əsasən, "Google Chrome" kompüter və mobil cihaz bazarında 66,17% payla lider mövqedədir. Onu "Apple"ın "Safari"si (17,59%) və "Microsoft Edge" (5,18%) izləyir. Əgər "OpenAI" doğrudan da "Chrome" brauzerini əldə edərsə, bu, süni intellekt texnologiyalarının gündəlik internet istifadəsinə daha dərin inteqrasiyası baxımından mühüm mərhələ olacaq. Lakin məsələ hələlik ehtimal səviyyəsindədir və "Google"un bu yöndə qərar verib-verməyəcəyi naməlumdur. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Türkiye'de ünlü kahve zinciri boykot sonrası şubeleri kapanıyor açıkladı! Şok çıkışı
    Next Article
    AEK, Basketbol Şampiyonlar Ligi'nde Dörtlü Final'e yükseldi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment