Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    OPEC+ yeni hasilat qrafikinə keçdi

    1 week ago

    4

    0

    Finss.az - OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı yeni kompensasiya qrafikinə keçib. Yeni plana əsasən, əvvəlki razılaşmalarla müqayisədə may ayı üçün gündəlik hasilat azaldılması 70 min barel artırılıb və 378 min barel/gün səviyyəsində müəyyən edilib. Bu barədə təşkilatın yaydığı məlumatda bildirilir. Əvvəlki plana görə, may ayında OPEC+ ölkələri 309 min barel/gün həcmində hasilat azaldılmasını kompensasiya etməli idilər. İndi isə bu rəqəm 378 min barel/gün təşkil edir. Artım əsasən Qazaxıstan (60 min barel/gün) və Rusiya (10 min barel/gün) hesabına baş verib. Aprel ayı üzrə plan isə əksinə, 27 min barel/gün azaldılaraq 222 min barel/gün olaraq yenilənib. Bu azalmadan ən çox Rusiya təsirlənib – bu ölkənin aprel üçün kompensasiya həcmi 45 min barel/gün azaldılaraq cəmi 6 min barel/gün olub. Yeni razılaşmaya görə, hasilat öhdəliklərini tam yerinə yetirməmiş 7 ölkə 2025-ci ilin aprelindən 2026-cı ilin iyun ayına qədər gündəlik ümumilikdə 4,572 milyon barel hasilatı azaltmalı olacaq. Ən böyük kompensasiya öhdəliyi olan ölkələr aşağıdakılardır: İraq – 1,934 milyon barel/gün Qazaxıstan – 1,299 milyon barel/gün BƏƏ – 386 min barel/gün Rusiya – 691 min barel/gün Küveyt – 150 min barel/gün Oman – 97 min barel/gün Səudiyyə Ərəbistanı – 15 min barel/gün Qrafikə əsasən, İraq, Qazaxıstan və BƏƏ kompensasiya tədbirlərini 2026-cı ilin iyununa qədər davam etdirəcək. Digər ölkələr üçün müddətlər isə daha qısadır: Səudiyyə Ərəbistanı – aprel ayının sonuna qədər Rusiya və Küveyt – oktyabr ayına qədər Oman – noyabr ayına qədər Yeni razılaşmaların neft bazarına təsiri yaxın aylarda daha aydın şəkildə hiss olunacaq.
    Click here to Read more
    Prev Article
    Ceymi Deymon: ABŞ-Çin əməkdaşlığı təcili başlaymalıdır
    Next Article
    China targets U.S. services and other areas after decrying 'meaningless' tariff hikes on goods

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment