Welcome to Bermood. These Terms and Conditions (“Terms”) govern your access to and use of the Bermood website and services (collectively, the “Service”) operated by Bermood Inc., a company registered in Canada (“we”, “us”, “our”). By accessing or using the Service, you agree to be bound by these Terms. If you do not agree with any part of these Terms, you must not use our Service.
1. Use of the Service
Bermood provides a news aggregation platform that collects, organizes, and displays news content from third-party sources. You may use the Service only for personal, non-commercial purposes, and in compliance with all applicable laws and regulations.
2. Eligibility
You must be at least 16 years old to use the Service. If you are accessing the Service on behalf of an organization or company, you represent and warrant that you have the authority to bind that entity to these Terms.
3. User Accounts
To access certain features of the Service, you may be required to create an account. You agree to provide accurate and complete information and to keep your account credentials confidential. You are solely responsible for any activity under your account.
4. Intellectual Property
All content provided by Bermood, including but not limited to software, code, logos, user interface design, and branding, is the property of Bermood Inc. or its licensors and is protected by copyright and other intellectual property laws.
News articles, headlines, and summaries remain the intellectual property of their respective sources. Bermood does not claim ownership over third-party content and provides appropriate attribution where applicable.
5. Prohibited Activities
You agree not to:
Use the Service for any unlawful purpose or in violation of any local, state, national, or international law.
Modify, reverse engineer, or create derivative works of the Service.
Interfere with or disrupt the Service or servers or networks connected to the Service.
Use any automated system (e.g., bots, spiders) to access the Service in a manner that sends more request messages than a human can reasonably produce.
Scrape or extract content from the platform without prior written permission.
6. Third-Party Links and Content
The Service may contain links to third-party websites and content that are not owned or controlled by Bermood. We are not responsible for the content, policies, or practices of any third-party websites. Your interactions with third-party sites are solely between you and the third party.
7. Disclaimer of Warranties
The Service is provided on an “AS IS” and “AS AVAILABLE” basis. Bermood makes no warranties, expressed or implied, regarding the accuracy, completeness, reliability, or availability of the Service or any content.
8. Limitation of Liability
To the fullest extent permitted by law, Bermood shall not be liable for any indirect, incidental, special, consequential, or punitive damages, or any loss of profits or revenues, arising out of your use of or inability to use the Service.
9. Indemnification
You agree to defend, indemnify, and hold harmless Bermood and its affiliates, directors, officers, and employees from and against any claims, liabilities, damages, losses, and expenses arising from your use of the Service or violation of these Terms.
10. Termination
We reserve the right to suspend or terminate your access to the Service at any time, without notice, for conduct that we believe violates these Terms or is harmful to other users or to Bermood.
11. Changes to Terms
We may update these Terms from time to time. When we do, we will revise the “Effective Date” at the top of this page. Continued use of the Service after such changes constitutes your acceptance of the new Terms.
12. Governing Law
These Terms shall be governed by and construed in accordance with the laws of the Province of Ontario, Canada, without regard to its conflict of laws principles. Any disputes shall be resolved in the courts located in Toronto, Ontario.
13. Contact Us
If you have any questions about these Terms, please contact us at:
We use cookies to ensure you get the best experience on our website. By continuing to
use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.
Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 71,67 milyard dollar təşkil edəcək. Bu pronozla Beynəlxalq Valyuta Fondu (BVF) çıxış edib. Fond analitiklərinə görə, 2026-cı ildə Azərbaycanın strateji valyuta ehtiyatları 72,36 milyard dollar, 2027-ci ildə 72,22 milyard dollar, 2028-ci ildə 71,75 milyard dollar, 2029-cu ildə isə 72,18 milyard dollar olacaq.
Strateji valyuta ehtiyatlarının əsas hissəsini Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri təşkil edir. IMF hesab edir ki, ARDNF-nin aktivləri 2025-ci ildə 60,91 milyard dollar, 2026-cı ildə 61,797 milyard dollar, 2027-ci ildə isə 61,864 milyard dollara qədər artacaq. 2028-ci ildə 61,594 milyard dollara qədər azalan aktivlər 2029-cu ildə 62,222 milyard dollara yüksələcək.
BVF Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarının isə qarşıdakı beş ildə azalan dinamika göstərəcəyini proqnozlaşdırıb. Belə ki, Fond analitikləri bu il AMB-nin valyuta ehtiyatlarının 10,76 milyard dollar, gələn il 10,56 milyard dollar, 2027-ci ildə 10,36 milyard dollar, 2028-ci ildə 10,16 milyard dollar, 2029-cu ildə isə 9,96 milyard dollara qədər azalacağını proqnozlaşdırıb(APA).
Məlumdur ki, valyuta ehtiyatlarının dəyişməsi ölkənin tədiyə və cari əməliyyatlarlar balansının vəziyyətindən asılıdır. IMF-də hesab edirlər ki, 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansı (CƏB) ÜDM-in 7,8 faizi həcmində profisitli olacaq. Digər proqnozlar nəzərə alınmaqla IMF 2025-ci ildə ölkədə CƏB-in profisiti ilə bağlı gözləntilərini 6,1 milyard dollar həcmində müəyyən edib.
Fond növbəti illərdə CƏB-in profisitinin azalacağını, 2028-2029-cu illərdə isə cari əməliyyatlar balansında kəsir yaranacağını proqnozlaşdırıb. İMF hesab edir ki, 2026-cı ildə Azərbaycanda CƏB-in profisiti 4,9 faizə, 2027-ci ildə isə 1,3 faizə enəcək. IMF 2028-ci ildə CƏB-in kəsirinin 1,7 faizə, 2029-cu ildə isə 2,5 faizə kimi artacağını gözləyir.
S&P Global Ratings" beynəlxalq kredit reytinq agentliyinin də göstərici ilə bağlı qiymətləndirməsi IMF-ə yaxındır. Agentliyin proqnozuna görə, bu il CƏB profisiti ÜDM-in 6,9 faizini, 2026-cı ildə 5,7 faizini, 2027-ci ildə isə 4,6 faizini təşkil edəcək, 2028-ci ildən defisitə keçəcək.
Dünya Bankının (DB) yanaşmasında isə ciddi fərq var. Belə ki, DB 2025-ci ildə Azərbaycanda CƏB-in ÜDM-in 11,6 faizi qədər olacağını proqnozlaşdırır. Bank ekspertlərinə görə, CƏB üzrə profisit 2026-cı ildə ÜDM-in 5,4 faizi, 2027-ci ildə 3,8 faizi, 2028-ci ildə 3,6 faizi, 2029-cu ildə isə 3,4 faizi qədər olacaq.
Qeyd edək ki, 2024-cü il üzrə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 4,7 milyard dollar təşkil edib. Azərbaycan Mərkəzi Bankı 2025-ci il üzrə isə CƏB-in profisitini 5,5 milyard dollar həcmində proqnozlaşdırıb.
CƏB-in tərkibində ən mühüm paya malik xarici ticarət balansında 2024-cü ildə müsbət saldo 3 dəfə azalaraq 5,5 milyard dollara bərabər olub. 2025-ci ilin yanvar-fevral aylarında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalmaqla 628,45 milyon dollar təşkil edib.
Xarici ticarətimizdə ixrac 0,3 faiz azalıb, idxal isə 69,1 faiz artıb. Dünya bazarında neft qiymətlərinin kəskin azalması fonunda ikinci rübdə xarici ticarət balansında müsbət saldonun defisitlə əvəz olunması gözlənilir. ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsi dünya neft bazarında qiymətlərin 62-63 dollara qədər ucuzlaşmasına səbəb olub. O cümlədən Azərbaycan neftinin qiyməti 65 dollara qədər düşüb. Neft hasilatındakı təbii azalmanı da nəzərə alsaq, qiymətlərin büdcədə nəzərdə tutulan 70 dollarlıq həddən uzun müddət aşağı olmasının büdcə gəlirlərinin təmin olunmasında problemlərə səbəb olacağı gözləniləndir. Bu ilin birinci rübündə qiymətlər 70 dollardan yuxarı olub, amma bununla belə hasilatdakı azalma, qaz qiymətlərindəki artıma baxmayaraq, dövlət büdcəsinə daxilolmalarda azalmaya səbəb olub. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən bu ilin birinci rübündə neft-qaz sektorundan vergi daxilolmaları 1 milyard 154,2 milyon manat təşkil edib. Bu, 1 milyard 367,3 milyon manatın daxil olduğu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz azalma deməkdir.
Yaxın illərin təcrübəsi göstərir ki, büdcə gəlirlərinin təmin olunmasında problem yarandıqda hökumət neft gəlirlərinin akkumulyasiya olunduğu Neft Fondundan daha çox xərcləməyə başlayır. Bu artıq xərcləmə ötən ildən 2025-ci ilin büdcəsində yer alıb: Dövlət Neft Fondundan büdcəyə transfert 14 milyard 481 milyon manat nəzərdə tutulub. Bu isə 2024-cü il üzrə ARDNF-dən büdcəyə transfertin həcmindən 13,3 faiz və ya 1,7 milyard manat çoxdur.
ABŞ-Çin ticarət müharibəsinin davamlı olması şəraitində dünyanın ən böyük istehlakçısı olan Çinin neft alışlarını kəskin azaldacağı proqnozlaşdırılır. Analitik mərkəzlərə görə, Çin qısa müddətdə ABŞ bazarından çıxan 700 milyard dollara yaxın məhsullar üçün alternativ bazar tapa bilməyəcək. Nəticədə, ölkədə istehsal azalacaq ki, bu da istehlakı - müxtəlif xammallara, o cümlədən enerji xammalına tələbatın azalmasına gətirib çıxaracaq. Bu isə xammal, xüsusilə də neft qiymətlərinə böyük təzyiq göstərməklə, onun 65 dollardan aşağıda qalmasına səbəb olacaq ki, bu da Neft Fondunun gəlirlərində azalmaya gətirəcək
Neft qiymətlərinin ucuzlaşması ilə yanaşı, qlobal ticarət müharibəsi Neft Fondunun xüsusilə qiymətli kağızlar və səhmlərə yatırımlarından gəlirlərini kəskin azalda bilər.
Neft hasilatı və qiymətlərinin düşməsi həm də Azərbaycanda iqtisadi artıma təsir edəcək. 2025-ci ilin birinci rübünün nəticələrinə əsasən bu artım cüzi səviyyədədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-mart aylarında Azərbaycanda 29 milyard 892,9 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
İlk rübdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,5 faiz artıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə iqtisadi artım 4 faizə, o cümlədən neft-qaz sektorunda 0,4 faizə, qeyri-neft-qaz sektorunda isə 6,7 faizə bərabər olmuşdu.
ÜDM artımının zəifləməsində aparıcı rol sənayeyə məxsusdur. Rəsmi statistikaya əsasən sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal edilib. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 3,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,5 faiz artıb. Sənayenin mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artıb.
İqtisadi artımı sürətləndirə biləcək investisiya qoyuluşlarında da azalma diqqəti cəlb edir. DSK hesabatından aydın olur ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 467,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az investisiya yönəldilib. Rüb ərzində neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 24,2 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,4 faiz azalıb. Ötən ilin eyni dövründə iqtisadiyyata investisiya qoyuluşları 4 faiz, o cümlədən neft-qaz sektoruna 2,7 faiz, qeyri-neft-qaz sektoruna 4,8 faiz artmışdı.
Yeri gəlmişkən, IMF 2025-ci il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu 1 faiz bəndi artıraraq 3,5 faizə qədər yaxşılaşdırıb. Bununla belə, IMF hesab edir ki, 2025-ci ildə iqtisadi artım ötən ilə nisbətən yavaşlayacaq. Fond bunu neft və qaz hasilatının azalması, iqtisadiyyata qoyulan yeni sərmayələrin artım dinamikasının yavaşlaması ilə əsaslandırıb. Qeyd edilib ki, 2026-cı ildə iqtisadiyyat potensial istehsal səviyyəsinə daha da yaxınlaşacaq. Ölkə iqtisadiyyatında orta müddətdə isə 2,5 faiz artım gözlənilir: "Xarici iqtisadi mühitin orta müddətdə zəifləməsi gözlənilir, karbohidrogen istehsalının və qiymətlərinin azalması ilə ticarət profisitinin daralması və qeyri-karbohidrogen ixracatının zəifləməsi, lakin xarici valyuta ehtiyatlarının güclü qalması proqnozlaşdırılır. İnflyasiyanın orta müddətdə Mərkəzi Bankın hədəf diapazonu olan 4±2 faiz arasında qalacağı gözlənilir. Bu, beynəlxalq ərzaq və enerji qiymətlərinin nisbətən sabit qalması və fiskal mühafizənin davam etməsi ilə bağlıdır”.
Fond ekspertlərinə görə, qeyri-neft sektorunda iqtisadi artım 2025-ci ildə 4, faiz, 2026-cı ildə 3,7 faiz, 2027-2029-cü illərdə isə orta hesabla 3,5 faiz təşkil edəcək. IMF sözügedən proqnozları ilə bağlı risklərin ümumilikdə balanslı olduğunu, lakin xarici qeyri-müəyyənliyin yüksək olduğunu vurğulayıb: "Neft və qazın tədarük və tələbdəki dalğalanmalar, enerji keçidindən və ya qlobal yavaşlamadan qaynaqlanan amillər karbohidrogen qiymətlərini azalda bilər ki, bu da iqtisadi artıma, xarici vəziyyətə və fiskal gəlirlərə əhəmiyyətli dərəcədə təsir edə bilər”.
Digər risklərin təsiri isə daha qeyri-müəyyəndir: "Münaqişələrin intensivləşməsi, əgər karbohidrogen qiymətləri artarsa, Azərbaycanın ticarət şərtlərini yaxşılaşdıra bilər, əks halda ərzaq qiymətləri artsa, ticarət şərtlərini pisləşdirə bilər. Dərin parçalanma, qeyri-karbohidrogen sektorunun inkişafı və şaxələndirilməsi səylərinə zərər verə bilər, lakin əgər ticarət və investisiyalar bölgəyə yönləndirilərsə, bu, eyni zamanda imkanlar da yarada bilər. Daxili risklər, pro-siklik fiskal siyasətlər və kənd təsərrüfatı istehsalına, ərzaq təhlükəsizliyinə və inflyasiyaya təsir edə biləcək ekstremal iqlim hadisələrindən irəli gəlməkdə davam edir”.
Mənbə: "Yeni Musavat"