Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ölkədə saatlıq əməkhaqqına keçilir - Nələr dəyişəcək?

    1 hour ago

    1

    0

    Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq. Valyuta.az xəbər verir ki, İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirib ki, saatlıq əməkhaqqının tətbiqi həm müsbət, həm də mənfi tərəflərə malikdir. Onun sözlərinə görə, bu keçidin həyata keçirilməsi mürəkkəb prosesdir: “Hüquqi əsaslar yaradılmalı, iqtisadi tədqiqatlar və statistik təhlillər aparılmalıdır. Əmək Məcəlləsində böyük dəyişikliklər edilməli və qanunvericiliyin digər normativ aktlarında da müvafiq düzəlişlər yer almalıdır. Mövcud infrastrukturda fərqliliklər təmin olunmalı, texniki dəstək verilməli, daha sonra isə monitorinq və nəzarət mexanizmləri formalaşdırılmalıdır. Həm işəgötürənlər, həm də işçilər üçün maarifləndirmə prosesi vacibdir. Bütün bu addımlar uzun və çətin prosesdir”. E.Əmirov qeyd edib ki, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməlidir, çünki bu dəyişikliklər onlar üçün ciddi maliyyə və inzibati yük yaradacaq: “Prosedurların avtomatlaşdırılması zəruridir. Artıq kənarlaşmalar baş verəcək. Eyni zamanda işçilərin sayında müəyyən qədər azalmalar ola bilər ki, bu da məhsuldarlığa təsir edəcək. Əlavə olaraq, bu proses şəffaflıq və qeyri-formallığa zəmin yaradacaq. Məhz bu baxımdan məhsuldarlığı aşağı salmamaq üçün KOB-ların müəyyən qədər dəstəyə ehtiyacı olacaq”. İqtisadçı dünya təcrübəsində bu üsuldan istifadə edildiyini istisna etməyib: “ABŞ, Kanada, Yeni Zelandiyada və Böyük Britaniyada saatlıq minimum əmək haqqı prinsipləri tətbiq olunur. Almaniya, Fransa, İspaniya, Türkiyə və digər bir çox ölkələrdə isə aylıq minimum əmək haqqı sistemi fəaliyyət göstərir”.
    Click here to Read more
    Prev Article
    Türkiye, 2028 Yılında Resmen Ay’a Adım Atacak: İşte Tarihi Görevin Detayları
    Next Article
    Trabzonspor'un gençleri gururlu: 'Dünyanın en büyük şehir takımıyız'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment