Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ölkədə iş axtaranların sayı artıb

    1 week ago

    4

    0

    Bu ilin yanvar-mart aylarında ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 316 min nəfər olub, onlardan 5 milyon 32 min 800 nəfəri məşğul əhali olub.  Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, işsizlərin sayı 283 min 200 nəfər olub. Cari il yanvar-mart aylarında muzdla çalışan işçilərin sayı 1 milyon 758 min 800 nəfər təşkil edib. Onların 878 min 500 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880 min 300 nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.  İqtisadiyyatın neft-qaz sektorunda 31 min 500 nəfər, qeyri neft-qaz sektorunda 1 milyon 727 min 300 nəfər işləyib.  Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,5%-i məhsul istehsalı sahəsindədir. Bu sahədə ən böyük pay  7,5%-lə emal sənayesinə, ən aşağı pay isə 1,7%-lə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsinə düşür. Xidmət sahəsində işləyənlərin 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,6%-i təhsil, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlər, sosial təminat, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3%-i istirahət, əyləncə və incəsənət, 2,3%-i maliyyə və sığorta, 1,1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində işləyib.
    Click here to Read more
    Prev Article
    Onların sürücülük vəsiqəsi 2 illik olacaq - Sonra yenidən yoxlanılacaqlar
    Next Article
    "Badamlı" şirkətinə yeni direktor təyin edildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment