Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ödənişli yolda avtomobil suyun altında qalıbmış... - VİDEO

    1 week ago

    2

    0

    Xəbər verdiyimiz kimi, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub. “Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə həmin ərazidə minik avtomobilinin sel sularının altında qalmasını əks etdirən görüntülər yayılıb. Görüntülərdən suyun səviyyəsinin 1,5 metrə yaxınlaşdığı və avtomobilin banınadək yüksəldiyi məlum olur. Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qeyd edilən ərazi ilə bağlı məlumat yayıb. Bildirilib ki, ötən gün yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü borular eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhər istiqamətində hərəkət məhdudlaşıb. Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub. Bu gün isə sel kütləsinin yaratdığı fəsadlar tam olaraq aradan qaldırılıb.
    Click here to Read more
    Prev Article
    Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib
    Next Article
    "Şərur MTK"nın mənzilərini su basdı - Çilçıraqdan su axır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment