Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Nvidia" ən ucuz kartını təqdim etməyə hazırlaşır

    4 hours ago

    1

    0

    "Nvidia" RTX 50 seriyalı qrafik kartlarına yeni bir üzv əlavə etməyə hazırlaşır.  Valyuta.az xəbər verir ki, cəmi bir neçə gün ərzində RTX 5060 ən ucuz RTX 50 seriyalı kart olaraq mağazalarda satışa çıxarıla bilər. "Nvidia"nın bu il bazara təqdim edəcəyi daha bir RTX 50 seriyalı qrafik kartı var. RTX 5060 Ti artıq satışdadır, lakin RTX 5060 hələ rəsmi təqdimat tarixi almayıb. Mətbuata sızan məlumata görə, "Nvidia"nın büdcəyə uyğun RTX 5060 modelinin 19 may tarixində satışa çıxarılması gözlənilir. "Nvidia" mənbələrinin də bu tarixi təsdiqlədiyi bildirilir və şirkətin təqdimat detallarını yekunlaşdırdığı qeyd olunur. "Nvidia"nın təqdimat tarixini də 19 maya təyin etdiyi iddia olunur. Bu isə o deməkdir ki, müştərilər rəsmi icmallara baxmadan məhsulu ala biləcəklər. 8 GB video yaddaşa malik RTX 5060 əvvəlki nəsil RTX 4060 ilə eyni qiymətə - 299 ABŞ dollarına satışa çıxarılacaq. RTX 5060 daha çox CUDA nüvəsi (3.072-dən 3.840-a), daha sürətli yaddaş (17 Gbps-dən 28 Gbps-ə) və daha yüksək yaddaş bant genişliyi (272 GBps-dən 448 GBps-ə) təklif edir və buna baxmayaraq eyni qiymətə satılacaq. RTX 5060 bir müddətlik ən əlçatan qiymətli RTX 50 seriyalı qrafik kartı ola bilər, çünki RTX 5050 kimi daha aşağı səviyyəli modellər haqqında təsdiqlənmiş məlumatlar yoxdur. "Nvidia" ehtimal ki, gələcəkdə bu modelin qiymətini aşağı sala bilər. RTX 5060 Ti modellərinin bəzi versiyalarında cəmi 8 GB yaddaş olması və "Nvidia"nın son sürücülərinin ümumi performans keyfiyyətinin aşağı olması da narazılıq yaratmışdı. Bu səbəbdən, bazarın yeni RTX 5060 modelinə necə reaksiya verəcəyi maraq doğurur. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Səməni pivəsinin bir dekalitrini 20 manata hardan almışıq?
    Next Article
    Ertuğrul Doğan'ın Trabzonspor U19'a güveni tam: 'Kupayı alıp döneceğiz'

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment