Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Nuridə Allahyarova vəzifəsindən ayrıldı

    1 week ago

    4

    0

    Nuridə Allahyarova TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Yeni Klinika"nın (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb. Valyuta.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. "Yeni Klinika" ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim-ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa üzr istəyirəm - mən iki il dözdüm, onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdara. TƏBİB və "Yeni Klinika" komandasına təşəkkür edirəm. Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilə. Xəstəlik qorxulu deyil, onu "Yeni Klinika"da müalicə edəcəklə. Qorxulu olan ədalətsizlikdir - onun müalicəsi yoxdur", deyə Nuridə Allahyarova bildirib. Qeyd edək ki, Nuridə Allahyarova bundan əvvəl Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub, həmçinin Bakı Nəqliyyat Agentliyi, "Bakı Bus" MMC, Vergilər Nazirliyi, Binəqədi rayon İcra Hakimiyyəti, "Space" və ATV kanallarında çalışıb.  
    Click here to Read more
    Prev Article
    Google, Günlük Kullanıma Uygun Yapay Zekâ Odaklı Android XR Gözlüğünü İlk Kez Kanlı Canlı Gösterdi! [Video]
    Next Article
    30 milyonluq investisiya -3 mindən artıq şəxs işlə təmin olunacaq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment