Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Növbəti köç karvanı Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinə çatıb, açarlar təqdim edilib

    1 week ago

    3

    0

    Visiontv.az APA-ya istinadən  xəbər verir ki, Sarıcalı kəndinə bu mərhələdə 34 ailə - 141 nəfər, Ballıca kəndinə isə 21 ailə - 83 nəfər köçürülüb. Sakinlərə yaşayış evlərinin açarları təqdim edilib. *** 07.07 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. xəbər verir ki, böyük qayıdış çərçivəsində bu gün Ağdamın Sarıcalı və Xocalının Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb. Sarıcalı kəndinə bu mərhələdə 34 ailə - 141 nəfər köçürülür, Ballıca kəndinə isə 21 ailə - 83 nəfər köçürülür. Köç edənlər əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sarıcalı və Ballıca kəndlərinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
    Click here to Read more
    Prev Article
    İsrail fələstinlilərə məxsus 3 binanı sökdü
    Next Article
    “Bilim Azərbaycan” layihəsinin növbəti imtahanı baş tutub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment