Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “NomadMania” səyyah klubu Xankəndidə səfərdə olub

    3 days ago

    3

    0

    Visiontv.az APA-ya istinadən xəbər verir ki, 6 qitədən təmsilçisi olan səyyah qrupu universitetdə tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Universitetdə təşkil edilmiş görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin anılması ilə başlayıb. Qarabağ universitetinin rektoru Şahin Bayramov çıxış edərək universitet haqqında geniş məlumat verib. Daha sonra azərbaycanlı səyyah Mehrac Mahmudov çıxış edib. Beynəlxalq səyyahlarının müxtəlif dövrlərdə Azərbaycana, xüsusi ilə də işğaldan azad olunmuş ərazilərə səfərlərindən hazırlanmış sənədli film təqdim olunub. İngilis dilində hazırlanmış filmdə səyyahların xatirələri, Qarabağ həqiqətləri geniş yer alıb. Beynəlxalq səyyah qrupunun rəhbəri dünya şöhrətli səyyah, NomadMania klubunun təsisçisi Hari Mitsidisdir çıxışında xatirələrini danışıb. O, müharibənin törətdiyi faciələrdən, yol açdığı faciələrdən danışıb, sülhün dəstəkçisi olduğunu vurğulayıb. Tədbirin davamında tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda qonaqlar universitet kitabxanasında olub, kitabxanaya kitablar hədiyyə ediblər. Qeyd edək ki, bununla da qrupun Xankəndi şəhərinə olan səfəri başa çatıb. Onlar Ağdam şəhərinə səfər edəcəklər.
    Click here to Read more
    Prev Article
    Azərbaycan hərbiçisi NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub
    Next Article
    Məhkəmə Əvəz Zeynallı ilə bağlı növbəti qərarı verdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment