Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Nokia"dan sonra daha bir əfsanəvi smartfon brendi tarixə qovuşacaq

    6 hours ago

    2

    0

    2021-ci ildə mobil biznesini dayandıran Cənubi Koreya brendi LG yaxın iki ay ərzində mövcud istifadəçilər üçün dəstəyi tamamilə dayandıracaq.  Valyuta.az xəbər verir ki, bu barədə "9to5Google" portalı məlumat yayıb. Məlumata görə, 2025-ci il iyunun 30-da LG öz smartfonlarının bulud yeniləmələrinə cavabdeh serverlərini söndürəcək. Bu tarixdən sonra istifadəçilər nə "Android" əməliyyat sisteminin yeni versiyasını, nə də "Google" təhlükəsizlik yeniləmələrini quraşdıra biləcəklər. Bununla yanaşı, ehtiyat nüsxələrin yaradılması, məlumatların bərpası və proqram təminatının yenilənməsi üçün istifadə olunan "LG Bridge" adlı kompüter proqramı da fəaliyyətini dayandıracaq. Eyni zamanda, artıq silinmiş sistem tətbiqlərinin yenidən qurulması da mümkün olmayacaq. Əgər sizdə köhnə bir LG smartfonu varsa, indi onu aktivləşdirərək son mövcud yeniləməni quraşdırmaq üçün son fürsətdir. Qısa müddət sonra bu imkandan da məhrum olacaqsınız. Qeyd edək ki, LG smartfonları istifadəçilərə yüksək səs keyfiyyəti və qeyri-adi dizayn həlləri ilə xatırlanır. Bununla belə, şirkət mobil texnologiyalar bazarında maddi itkilərlə üzləşib və geniş auditoriyanı cəlb edə bilməyib. Şirkətin ən yadda qalan modellərindən biri də əsas ekranı fırlana bilən "LG Wing" olmuşdu. Bundan əvvəl məlum olmuşdu ki, 2025-ci il ərzində "Nokia" brendi altında beş yeni telefon buraxıldıqdan sonra bu əfsanəvi ad da tarixə qovuşacaq. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Türk iş adamına məxsus şirkətin 126 min manat vergi borcu var
    Next Article
    "LUKOIL-Azərbaycan"ın rəhbərliyi cərimələndi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment