Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Nissan" yenidən zirvəyə qalxacaq? - ABŞ planları işə düşür

    1 week ago

    4

    0

    Çətin vəziyyətdə olan "Nissan" ABŞ-ın prezidenti Donald Trampın tətbiq etdiyi 25 faizlik avtomobil gömrük tarifləri fonunda bu ölkədəki istehsal gücünü "ən yüksək səviyyəyə çatdırmağı" hədəfləyir. Valyuta.az-ın xəbərinə görə, yanvar ayında "Nissan Amerika"nın prezidenti vəzifəsinə başlayan Kristian Meunye bildirib ki, gömrük vergiləri avtomobil istehsalçısının ABŞ-dakı çətin vəziyyətdə olan əməliyyatlarını bərpa etmək üçün yerli istehsalı artırmaq planlarını sürətləndirib. "Böyük müəssisələrimiz və geniş istehsal gücümüz var, lakin hazırda bu imkanlardan tam istifadə etmirik. İstehsalımızı artırmağa imkanımız hələ də mövcuddur. ABŞ-da daha çox məhsul satmağı və eyni zamanda Meksika və Yaponiyadan gələn avtomobillərlə bağlı tənzimləmələr etməyi planlaşdırırıq", deyə Meunye bildirib. Bir ildə 314 min 500 avtomobil istehsal olundu Meunye bildirib ki, onun son məqsədi "Nissan"ın Tennessi ştatının Smirna şəhərində yerləşən 6 milyon kvadratmetr sahəyə malik zavodunun istehsal gücünü maksimuma çatdırmaqdır. Zavod ildə üç növbədə 640 min avtomobil istehsal edə bilər. Keçən il müəssisə iki növbədə təxminən 5700 işçi ilə 314 min 500-dən çox avtomobil istehsal edib. "İstehsalı maksimuma çatdırmağı və Smirnanı əvvəlki kimi güc mərkəzinə çevirməyi düşünürük. Bu mənim əsas məqsədimdir... Fabriki tam gücü ilə işlətmək və yenidən böyük gəlir əldə etmək istəyirik", deyə o əlavə edib. Hansı modellərə üstünlük veriləcəyi açıqlanmadı Meunye hazırda müəssisədə "Nissan Rogue" da daxil olmaqla dörd fərqli modelin istehsal olunduğunu bildirib, lakin istehsalın maksimum səviyyəyə nə zaman çatdırılacağına dair təxmini zaman çərçivəsi təqdim etməkdən imtina edib. O, planların dəyişdirilməsinin və istehsalın daşınmasının vaxt tələb etdiyini qeyd edib. "ABŞ-da hazırda mövcud modellərlə istehsalı artıra və gələcək iki il ərzində bir və ya bir neçə modeli ABŞ bazarına təqdim etmə planımıza sadiq qala bilərik. Lakin bu, bir gecədə baş verə bilməz", deyə Meunye vurğulayıb. Meunyenin bu açıqlamaları Trampın bəzi avtomobil istehsalçılarına potensial olaraq yardım etmək istədiyini bildirməsindən iki gün sonraya təsadüf edir. Tramp şirkətlərin istehsal planlarını dəyişdirməsi üçün zamana ehtiyac duyduqlarını da qeyd etmişdi. Meunye əlavə edib ki, şirkət Smirnaya hibrid modellərlə yanaşı "Infiniti" modeli kimi yeni məhsullar əlavə etməyi planlaşdırır. O, həmçinin güc ötürmə komponentləri, məsələn, mühərriklər üçün istehsalın artırılmasının araşdırıldığını və yerli məzmunun artırıldığını qeyd edib. "Yaxşı tərəfi odur ki, çevikliyimiz var. İşləri adi haldan daha sürətli həyata keçirmək imkanımız var. Tariflərdən əvvəl də bu məsələ üzərində çalışırdım, çünki lokallaşdırmanın doğru yol olduğuna inanıram", deyə o bildirib. Tramp ötən həftə digər ölkələrə tətbiq edilən vergiləri geri çəksə də, ABŞ-a idxal edilən avtomobillərə tətbiq edilən gömrük tarifləri 3 apreldən etibarən qüvvədədir. Avtomobil hissələrinə tətbiq olunacaq əlavə 25 faizlik gömrük tariflərinin isə 3 may tarixindən qüvvəyə minməsi planlaşdırılır. Meunye bu potensial hissə tariflərinin şirkətə və planlarına zərər verə biləcəyini bildirib və əlavə edib: "Ümid edirəm ki, 25 faiz səviyyəsində tam zərər verməyəcək həll yolları tapılar, çünki bu çox yüksəkdir. Ümid edirəm ki, ortaq məxrəcə gəlinər". Meksikada da zavodları var "Nissan"ın Meksikada "Nissan Kicks" və "Nissan Versa" kimi müxtəlif modellər istehsal edən iki montaj zavodu mövcuddur. "UnoTV"nin məlumatına görə, 2024-cü ildə şirkət Meksikada təxminən 670 min avtomobil istehsal edib və onların 456 minindən çoxu ixrac olunub. "Nissan" ABŞ-da ildə 1 milyondan çox avtomobil, 1,4 milyon mühərrik, 1,4 milyon döymə və 456 min tökmə hissə istehsal etmə qabiliyyətinə malik montaj zavodlarının olduğunu bildirir. 2024-cü ildə şirkət ABŞ-da təxminən 525 min 600 avtomobil istehsal edib. Şirkətin Smirna zavodundan əlavə Tennessi ştatında böyük bir ötürücü komponentlər zavodu və Missisipi ştatının Kanton şəhərində daha bir böyük avtomobil montaj zavodu fəaliyyət göstərir. Kanton zavodunda hazırda "Nissan Altima" sedanı və "Nissan Frontier" orta ölçülü pikap modeli istehsal olunur. Zavodda "Altima" bir növbədə, "Frontier" isə iki növbədə istehsal edilir və təxminən 5000 işçi çalışır. Meunye "Rogue" və "Pathfinder" modelləri ilə yanaşı son illərdə bazar payında əhəmiyyətli dərəcədə azalma yaşayan və seqmentində təxminən 7-8 faizlik paya enən "Frontier" modelinin ABŞ bazarında "Nissan" üçün ən böyük inkişaf potensialına malik olduğunu qeyd edib. Qiymətlər endirildi "Nissan" gömrük tariflərinə cavab olaraq "Rogue" və "Pathfinder" modellərinin qiymətlərini modelə və versiyaya uyğun olaraq 640 dollar ilə təxminən 2000 dollar arasında azaldıb. Şirkət, həmçinin "Infiniti" lüks markası üçün Meksikada istehsal olunan iki SUV modelinə ABŞ-dan yeni sifariş qəbulunu dayandırıb. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    Dünyada Yılın Otomobilleri Belli Oldu: İşte 2025'in En İyi Otomobilleri
    Next Article
    Sarunas Jasikevicius Euroleague'de yılın koçu seçildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment