Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Nissan Çində elektromobil istehsalına 1,4 mld. dollar investisiya yatıracaq

    5 days ago

    2

    0

    Finss.az - Yaponiyanın aparıcı avtomobil istehsalçısı Nissan Motor Co. 2026-cı ilin sonunadək Çindəki istehsal güclərini genişləndirmək məqsədilə 10 milyard yuan (təxminən 1,4 milyard ABŞ dolları) həcmində əlavə investisiya yatıracağını açıqlayıb. Bu barədə Nissan-ın Çindəki nümayəndəsi Stiven Ma Şanxayda keçirilən beynəlxalq avtomobil sərgisi çərçivəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, şirkət sürətlə inkişaf edən Çin bazarını strateji imkan kimi görür və bu bazarda rəqabətə davamlı qalmaq niyyətindədir: “Çin çox sürətlə inkişaf edir və biz burada qalmaq, rəqabət aparmaq istəyirik”, – deyə o qeyd edib. Şirkət Çindəki yüksək rəqabətli mühitin elektromobil istehsalı üzrə potensialının genişləndirilməsi üçün mühüm zəmin yaratdığını bildirir. Nissan elektromobillərin gələcəyin əsas istiqaməti olduğunu və bu sahənin şirkətin qlobal mövqelərinin bərpası baxımından həlledici olduğunu vurğulayıb. Yeni modellər təqdim olundu, istehsal planları genişləndirildi Nissan sərgi çərçivəsində iki yeni model təqdim edib: Frontier Pro adlı hibrid pikap Dongfeng Nissan N7 adlı elektrik sedanının yenilənmiş versiyası. Şirkət əlavə olaraq, 2027-ci ilin ortalarınadək Çində 10 yeni modelin istehsalını planlaşdırır – əvvəl bu say 8 avtomobil olaraq nəzərdə tutulmuşdu. İstehsal ediləcək avtomobillərin ixrac üçün nəzərdə tutulduğu bildirilsə də, hədəf bazarlar barədə ətraflı məlumat verilməyib. Səhmlərdə artım, kapitallaşmada azalma Nissan-ın səhmləri çərşənbə günü keçirilən ticarət sessiyasında 4,4% bahalaşıb. Lakin 2025-ci ilin əvvəlindən etibarən şirkətin kapitallaşması 31,7% azalıb.
    Click here to Read more
    Prev Article
    Makronun seçkilər planı: Fransa siyasi xaosa yönəlir
    Next Article
    EUR/USD could see unprecedented move higher - Citi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment