Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Niderlanddan Azərbaycana investisiya axını azalıb

    1 week ago

    4

    0

    2024-cü ildə Niderlandın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 43,2 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb. Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 145 milyon ABŞ dolları və ya 4,3 dəfə azalma deməkdir. Niderlanddan gələn investisiyaların ümumi birbaşa xarici investisiyalarda payı isə 0,6% olub. Xatırladaq ki, 2023-cü ildə bu rəqəm 188,2 milyon ABŞ dolları təşkil edib. 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi həcmi 7 milyard ABŞ dollarını ötüb. Bu isə 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma ilə müşayiət olunub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycandan Çinə pul köçürmələri artıb
    Next Article
    Bank "BTB" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment