Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Neftin qiyməti aşağı düşüb, Brent markalı neftin bir bareli 66,1 dollar olub

    5 days ago

    4

    0

    Çərşənbə günü axşam bəzi OPEC+ ölkələrinin hasilatı artırmağa çalışdığına dair fərziyyələr nəticəsində neft qiymətləri kəskin ucuzlaşıb. Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 17:54-ə olan vəziyyətə görə 1,34 dollar (1,99%) ucuzlaşaraq bir barel üçün 66,10 dollar olub. Nyu-York əmtəə birjasında (NYMEX) iyun ayı üçün WTI neftinin fyuçersləri 1,14 dollar (1,79%) ucuzlaşaraq 62,53 dollar/barelə bərabər olub. Reuters məlumatlı mənbələrə istinadən xəbər verir ki, bir sıra OPEC+ ölkələri alyans daxilində kvotalara əməl olunması ilə bağlı mübahisələrin kəskinləşməsi fonunda iyun ayında neft hasilatının artımını sürətləndirməyi təklif etməyə hazırlaşır. OPEC+ ölkələri iyunun hasilat planlarını müzakirə etmək üçün mayın 5-də bir araya gələcək. Mənbələr bildiriblər ki, bəzi alyans üzvləri hasilatı may ayı ilə eyni miqdarda və ya gündəlik 411 min barel artırmaq istəyirlər.
    Click here to Read more
    Prev Article
    XİN-ə məxsus BMW 15 000 manata satıldı
    Next Article
    Qlobal çip istehsalçılarının gəlirləri 2024-cü ildə 21% artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment