Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Neft-qaz şirkəti Sinopec birinci rübdə xalis mənfəətini 25% azaldıb

    20 minutes from now

    3

    0

    Çinin neft-qaz şirkəti China Petroleum & Chemical Corp. (Sinopec) birinci rübdə xalis mənfəəti 25% azalıb, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. Finss.az xəbər verir ki, 2025-ci ilin yanvar-mart aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 18,32 milyard yuanla müqayisədə 13,98 milyard yuan (1,92 milyard dollar) təşkil edib. Gəlir 6,9% azalaraq 735,4 milyard yuana düşüb. Şirkətin əsaslı xərcləri bir il əvvəl 28,46 milyard yuandan 24,23 milyard yuana düşüb. Neft və təbii qaz hasilatı illik müqayisədə 1,7% artaraq 130,97 milyon barel neft ekvivalentinə çatıb. O cümlədən, qaz hasilatı 5,1% artaraq 368,43 milyard kubfuta çatıb. Eyni zamanda neftin qiyməti 5,2%, qazın qiyməti isə 3,5% ucuzlaşıb. Yanvar-mart aylarında neft məhsullarının satışı illik müqayisədə 7,1% azalaraq 55,59 milyon ton təşkil edib. 2025-ci ilin əvvəlindən Sinopec-in bazar kapitallaşması 11,5% azalıb.
    Click here to Read more
    Prev Article
    Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib – YENİLƏNİB
    Next Article
    ICSG 2025-ci ildə qlobal mis istehsalının 2,9% artacağını proqnozlaşdırır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment