Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Neft fondunun aktivləri 62 milyard dollara çatıb

    1 week ago

    3

    0

    Cari ilin birinci rübünün sonuna Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli ilə müqayisədə 4,5 % artaraq 62 milyard 031,4 milyon ABŞ dolları təşkil edib. Valyuta.az bu barədə Fonda istinadən xəbər verir. Ötən ilin sonunda ARDNF-nun aktivlərinin həcmi 60 milyard 031,4 milyon ABŞ dolları idi. Məlumata görə, bu ilin yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 3 249,2 milyon manat, büdcə xərcləri isə 3 643,3 milyon manat olub. O cümlədən, Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 017,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib. Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 2 001,6 milyon manat, Şahdəniz yatağından isə 181,9 milyon manat məbləğində vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 232,0 mln manat olub.
    Click here to Read more
    Prev Article
    Pakistan vətəndaşları Azərbaycanda yeni şirkətlər yaratdılar - 200 min manat sərmayə ilə
    Next Article
    Fenerbahçe, milli boksör Kaan Aykutsun'u renklerine bağladı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment