Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Naxçıvanda ÜDM artıb, sənaye istehsalında isə azalma müşahidə olunub

    1 week ago

    4

    0

    2025-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun (ÜDM) həcmi 344 milyon 310 min 200 manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artım deməkdir. Həmin dövr ərzində əhalinin hər nəfərinə düşən ÜDM 0,6 faiz artaraq 730,7 manat olub. Finss.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Statistika Komitəsi məlumat yayıb. Hesabat dövründə muxtar respublikada 114 milyon 128 min 600 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 9,2 faiz azalma deməkdir. Sənaye məhsulunun 89 milyon 165 min 800 manatı (78,1%) malların, 24 milyon 962 min 800 manatı (21,9%) isə xidmətlərin payına düşüb. Sənaye istehsalının sahələr üzrə bölgüsü isə aşağıdakı kimidir: 0,2 faiz – mədənçıxarma sənayesi, 74,6 faiz – emal sənayesi, 23,0 faiz – elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 faiz – su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Türkiyənin çempionu kim olacaq: "Qalatasaray", yoxsa "Fənərbağça"?
    Next Article
    “Azəri Mərkəzi Şərqi” platformasından 1 ildə 852 min ton neft hasil olunub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment