Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Naxçıvanda aşkarlanan qanunsuzluqlar açıqlandı

    2 weeks ago

    3

    0

    2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilib. Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir. Sənəddə deyilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Palatanın yerli idarəsinin 2024-cü ilin iş planı üzrə 3 auditlə bağlı göndərdiyi materiallar cinayət işlərinə əlavə olunub və hazırda istintaq aparılır. Bu auditlərdən 1-i üzrə 0,2 milyon manatın, əvvəlki illərdə göndərilmiş materiallar üzrə isə 0,1 milyon manatın ödənildiyi bildirilib. İl ərzində Palatanın Naxçıvan idarəsi 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirib və nəticələri rəsmiləşdirib. "2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 milyon manat maliyyə pozuntusu aşkarlanıb. Bunun 12,7 milyon manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31,5 milyon manatı bank hesabında saxlanmaqla Naxçıvanın büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub. İdarənin keçirdiyi auditlərlə maliyyə hesabatları üzrə 19 milyon manat təhrif aşkarlanıb ki, bunun da 18,3 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub. Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 milyon manat olub", - deyə hesabatda qeyd olunub.
    Click here to Read more
    Prev Article
    Gürcüstan Prezidenti Azərbaycana ilk rəsmi səfərinə gəlib
    Next Article
    ADY-də yüksək vəzifəyə TƏYİNAT

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment