Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    NATO ölkələrinin bir illik müdafiə xərcləri: 1,3 trilyon dollar...

    1 day ago

    2

    0

    Keçən il NATO-ya üzv olan 32 ölkə öz müdafiəsinə ümumilikdə 1 trilyon 303 trilyon dollar xərcləyib və proqnozları üstələyib. HİT.az xəbər verir ki, bu barədə “Euractiv” Şimali Atlantika Alyansının hesabatına istinadən məlumat yayıb. Qeyd olunur ki, Avropa və Kanadada müdafiəyə 468 milyard ABŞ dolları xərclənib. Eyni zamanda ABŞ 818 milyard ABŞ dolları xərcləyib. Sənədə əsasən, əvvəlki ildə - 2023-cü ildə NATO üzvləri müdafiəyə 200 milyard dollar az xərcləyib. Belə ki, ötən il NATO ölkələri müdafiəyə əvvəlki illə müqayisədə 19% çox vəsait sərf edib. Bundan əlavə, 32 NATO ölkəsindən 22-si ÜDM-in müdafiə xərclərinin 2%-lik hədəfinə nail olub. İlin əvvəlində dərc edilən ilkin hesablamalara görə, 23 ölkənin bu həddə çatacağı gözlənilirdi, lakin Monteneqro hələ ki, bu həddə çatmayıb. Bununla yanaşı, Vaşinqton artıq müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmaqda israrlıdır. Müzakirələr davam edir və NATO diplomatları təklif edirlər ki, 3% və ya 3.5% səviyyəsində kompromis əldə oluna bilər. Yekun qərar Alyans liderlərinin iyunun sonunda Haaqada keçiriləcək sammitində veriləcək. Samir
    Click here to Read more
    Prev Article
    Yarım milyard manatlıq məhkəmə işində ziddiyyətli məqamlar: "Mən heç cibimdəki pulu saya bilmirəm"
    Next Article
    Prezident İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib – YENİLƏNİB

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment