Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Napoleonun şəxsi qılıncı ilk dəfə hərraca çıxarılır

    5 hours ago

    2

    0

    Fransa imperatoru I Napoleona (1769-1821) məxsus, hakimiyyətinin əvvəlindən sonuna kimi saxladığı qılınc ilk dəfə hərraca çıxarılacaq. Valyuta.az "Yeniavaz.com"a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi hərracın təşkil olunacağı “Drouot” hərrac evinin bəyanatına istinadla məlumat yayıb. Məlumata görə, 1802-ci ildə Napoleon Fransanın Birinci Konsulu olduqda, Versal manufakturasının rəhbəri Nikolya-Noel Butedən şəxsi istifadə üçün qılınc sifariş edib. Hərrac evi vurğulayıb ki, Napoleon imperator taxtına oturduqdan sonra da bu silahı hakimiyyətinin sonuna qədər saxlayıb. O, taxtdan imtina etdikdən sonra qılıncını ən yaxın silahdaşlarından birinə, marşal Emmanuel de Qruşiyə verib. “Silah 1815-ci ildən marşalın övladlarında saxlanılır və ilk dəfə açıq hərraca çıxarılır”, - hərrac evindən bildirilib. Agentlik qeyd edir ki, Napoleonun sifarişi ilə Versal manufakturasında iki qılınc hazırlanıb. Hərraca çıxarılanla eyni olan ikinci qılınc Rusiyada Ermitaj Muzeyinin kolleksiyasındadır. Mütəxəssislər lotun dəyərini 700 min avro ilə 1 milyon avro arasında qiymətləndirirlər. Hərrac mayın 22-də Parisdə “Hotel Drouot” da keçiriləcək.
    Click here to Read more
    Prev Article
    Sülün Ekrem, yattığı yerden CHP Genel Merkezi’nden daha iyi çalışıyor!
    Next Article
    NBA'de Timberwolves, Lakers'ı 116-104 yenerek seride 2-1 öne geçt

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment